Bəzi müəllimə və tələbələr tədris və təlim üçün bir şəhərdən digərinə onları aparıb-gətirən sürücü ilə gedirlər

Sual: Bəzi qadın müəllimə və şagirdlər tədris və təlim üçün bir şəhərdən digərinə gedirlər. Məsələn, Uneyzədən Bureydəyə və əks istiqamətdə gedirlər. Onlar bu yolu onları aparıb-gətirən sürücü ilə birgə gedirlər. Amma sürücünün yanında məhrəmi də olmur. Bəzən də yol bu məsafədən də uzaq olur. Belə olduğu halda hökm nədir? Sürücünün aldığı əmək haqqının hökmü nədir?

Cavab: Bizim fikrimizcə müəllimələrin tədris üçün başqa şəhərə gedib həmin günü də qayıtmaları səfər sayılmır. Çünki onlar bu halda səfərə hazırlaşdıqları kimi hazırlaşmır, səfərə gedənlər kimi vidalaşmırlar. Həmçinin, qayıtdıqları zaman onlarla səfərdən gələnlər kimi görüşmürlər. Belə olduğu halda qadınların məhrəmi olmayan sürücü ilə bu yolu getmələrində bir müşkül yoxdur.

Lakin aşağıdakı şərtlər ödənilməlidir:
1 – Sürücü etibarlı olmalı;
2 –Qadınlardan heç biri ilə tənha qalmamalıdır.

Onlardan biri ilə tənha qalması xəlvət sayıldığından haramdır.

Sürücünün əmək haqqında isə bir problem yoxdur. Çünki onun maaşı “mubah” bir işin müqabilindədir.