Qeyri-müsəlman ölkələrində keçirilən imtahanlarda dələduzluğa yol vermək
Sual: Bir nəfər tələbə qeyri-müsəlman ölkələrindən birində yerləşən universitetdə imtahanda dələduzluğa yol verib və ikinci kursa keçib. Onun fikrincə bunda haramlıq heç bir şey yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, “Bizə kələk gələn bizdən deyil” və burada “biz” deyildikdə müsəlmanlar nəzərdə tutulur. Bunun hökmü nədir?
Cavab:
Həmd Allaha məxsusdur.
Ümumiyyətlə dələduzluğu qadağan edən dəlil-sübutların ümumi mənasına görə imtahanlarda kələk işlətmək olmaz. Bura alqı-satqıda, məsələhət verdikdə, müqavilə sazişlərdə, əhd məsələlərində, məktəb və universitet imtahanlarında və s. dələduzluğa yol vermək halları aiddir. Çünki Peyğəmbər sallallahu aleyhi va səlləm: “Bizə kələk gələn bizdən deyil”[1]-deyə buyurur.
Həmçinin Əbu Hureyraya (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə Allahın Rəsulunun sallallahu aleyhi va səlləm belə buyurduğu bildirilir: “Dələduzluq edən məndən deyil”.[2]
Hədisin mətni onu göstərir ki, dələduzluq və yalan, istər müsəlman istərsə də qeyri-müsəlman olsun, hər bir halda qadağandır.
Bundan əlavə, imtanahlarda kələk gəlmək aşağıdakı bir sıra mənfi hallar və günahlara gətirib çıxarır:
1- Ona hüququ olmadığı şeyi götürmək; Bu halda imtahanın nəticəsi olaraq verilən şəhadətnamə.
2- Həmin şəhadətnamə ilə işə düzələrsə haqsız olaraq insanların malını yemək;
3- İşin tələblərinə cavab verməyən yaxud uyğun olmayan bir şəxsin işə götürülməsi səbəbindən iş, idarəçilik və ixtisaslarda nizam-intizamın pozulması, fəsad;
4- Dələduzluq işlətmək üçün ona imkan yaratsın deyə hər hansı bir şəxsə rüşvət olaraq pul vermək; Rüşvət verib və alan isə lənətlənib.
Bundan başqa, həmin insanlar qeyri-müsəlman ölkəsində dələduzluq yolu ilə əldə etdikləri diplomları müsəlman ölkəsinə gətirirlər. Onların bəziləri yüksək postlar tuturlar və bunun həmçinin müsəlmanlara da təsiri olur və onları da aldadacaqları mümkündür.
Xülasə, dələduzluq və yalanın hər bir növü haramdır. İslam ölkəsində yaxud da qeyri-müsəlman ölkəsində olsun, bu cür iş şər və fəsaddır.. Buna yol verən hər bir şəxs Allaha tövbə etməli və bir daha etməməlidir.
Daha doğrusunu isə Allah bilir.
http://islam-qa.com/en/ref/95776
[1] Müslim, 101
[2] Müslim, 102


