Qadın şəkillərinə baxmaq nəticəsində “günaha” düşdü
Sual: Zinaya düşmək qorxusundan əxlaqsız qadın şəkillərinə baxaraq gizlində “masturbasiya” etməyin hökmü nədir? Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Həmd Allaha məxsusdur.
Çılpaq qadın şəkilərinə baxmaq məsələsinə gəldikdə bunun üçün səhifəmizdə axtarış verib bu barədə oxuya bilərsiniz.
Sizin gizlində istimna etməyinizə gəldikdə, bilmək lazımdır ki, haram şeylərə baxmağınız sizi əlavə bir haram əməli etməyə sövq etmişdir. Ola bilsin ki, bu gələcəkdə-Allah qorusun-zina kimi böyük günahın işlənməsinə gətirib çıxarsın. Bundan Allaha sığınırıq.
İstimna (masturbasiya) etmək haramdır.
Sizin üzərinizə düşən işlədiyiniz günahlara görə Allaha tövbə etmək və şəhvət hissi, istəkləri təhrik edən hər bir haram əməldən uzaqlaşmaqdır. Lakin bilin ki, özünüzü qorumaq üçün Allah təqvasından daha xeyirli bir vasitə tapa bilmərsiniz. Daha sonra isə evlənməklə özünüzü bundan xilas edə bilərsiniz. Evlənməyə gücünüz çatmırsa, o zaman oruc tutun. Çünki oruc sizin üçün qalxandır. Bu Peyğəmbərin sallallahu aleyhi və səlləm gənclərə verdiyi nəsihətdir. Çalışın bu fikirlərdən özünüzü yayındırasınız və Allahdan kömək diləyin.
Ən doğrusunu Allah bilir.
Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə sallallahu aleyhi və səlləm olsun.
http://islam-qa.com/en/ref/22050


