Kişi və qadınların Internetdə chatlaşması

Sual: Yazışmada fasiqlik  və eşq-məhəbbətdən uzaq elementlər yoxdursa gənc kişi və qadınlar yazışa bilərmi?

Cavab: Naməhrəm bir qadın ilə bir kişinin yazışması yasaqdır. Çünki burada fitnə var. Ola bilsin ki, kimsə düşünsün ki, bunda heç bir fitnə yoxdur. Lakin şeytan hər iki tərəfi fitnəyə düşürənə kimi buna fasiləsiz səy göstərməyə davam edir. Peyğəmbər sallallahu aleyhi və səlləm Dəccal haqqında eşidənlərin ondan uzaq olmasını əmr etmiş və bildirir ki, bir kəs ona mömin kimi yaxınlaşacaq, lakin Dəccal onu fitnəyə salana kimi səy göstərməyə davam edəcəkdir.

Gənc kişilər və qadınlar arasında yazışmada çox böyük fitnə və təhlükə var. Ona görə də, bundan mütləq çəkinməliyik. Sual verən: “Bu cür yazışma eşq və əxlaqsızlıq elementlərindən xalidir” deyə söyləsə belə yenə də bundan çəkinməliyik.

Şübhəsiz ki, chat otaqlarında yazışma məktubla yazışmaqdan daha təhlükəlidir. Hər ikisində şər var.

Ən doğrusunu Allah bilir.

Fətəvə əl-Məra, cəm edən Muhəmməd əl-Müsnəd, səh.96