Kiçiklərimizə dini tədris etmək və onları Allaha dəvət etmək üçün doğru yol

Sual: İmanlı, sadiq bir müsəlman kimi böyüyüb-başa çatmaları üçün on yaş civarında olan cavan qardaşlarımı Allahın yoluna necə dəvət edim? Bunun üçün hansı metodlardan istifadə etmək lazımdır?

Cavab: Həmd Allaha məxsusdur.

Sizə məsləhətimiz və nəsihətimiz budur ki, onlara Qurani-Kərimi və Peyğəmbərin səhih Sünnəsini, İslamda gözəl əxlaq, ehsan, davranış-ədəb qaydaları, valideynlərə hörmət və yaxşılıq etmək, qohumluq əlaqələrini davam etdirmək, dürüstlük, etibarlı olmaq, əmin olmaq və s. kimi keyfiyyətəri aşılayın. Həmçinin, daim camaatla namaz qılmaları üçün buna nəzarət edin. Eləcə də, onlara yemək yeyərkən, içərkən, danışarkən və s. İslamda buyurulan ədəb qaydalarını başa salın. Əgər onlar bu cür gözəl, ali əxlaq və ədəb qaydaları rəhbər tutularaq tərbiyə olunarsa, Allahın izni ilə doğru yolda olub sabitqədəm olar və doğru yol üzərində inkişaf edərək həm özlərinə, həm də müsəlman ümmətinə faydaları toxunar və bunun üçün isə sizə böyük əcr verilər.

Daimi Komitənin Fətvaları, 12/261-262