Dəvət məqsədi ilə naməhrəm qadınları Facebook-da dostlar siyahısına əlavə etmək olar?

Sual:

Facebook-da dostlar siyahısına naməhrəm qadınların adlarını əlavə etmək olar? Məqsəd Allah Azzə və Cəllənin yoluna dəvət etməkdir. Mənə nəsihət etməyinizi xahiş edirəm, Allah sizi mükafatlandırsın. Cəzaka Allahu xeyr.

Cavab:


Həmd Allaha məxsusdur.

Birincisi:

Facebook vebsaytının həm fayda həm də zərərləri var.  Facebook-un faydaları və bunun səbəb olduğu zərərlər burada hansı məqsədlə qeydiyyatdan keçən və bundan necə istifadə edən şəxsdən asılı olaraq dəyişir.

Biz bu vebsayt barədə digər fətvada müzakirə aparmışıq. Müvafiq fətvaya baxa bilərsiniz.

İkincisi:

Biz kişiyə naməhrəm sayılan istənilən qadını dostlar siyahısına əlavə etməsini, əlalxüsus da onlarla məktublaşmasını, chat etməsinin icazəli olduğunu hesab etmirik. Bundan daha təhlükəlisi isə onları görməkdir. Çünki bu cür etmək bura daxil olanlar üçün fitnə qapılarını açır.  Kişi və qadınlar arasında formalaşan münasibətlərdən doğan faciəvi nəticələr isə burada sadalamaq üçün həddən artıq çox və o qədər məlumdur ki, bundan bəhs etməyə lüzum görmürük. Müsəlman bir şəxs şeytanın “bu münasibətlər dəvət, öyüd-nəsihət və digərlərinə kömək etmək məqsədi daşıyır”iddiasını onlar üçün bəzəməsinə aldanmamalıdır. Əgər o, həqiqətən də insanları İslama, xeyirə dəvət etməyə həvəsli isə, o zaman bilsin ki, onun qarşısında dəvət olunmağa ehtiyac olan milyonlarla kişi cinsi var. Qoy o, həmin kişiləri dostlar siyahısına əlavə etməyə və onlara kömək etməyə tələssin! Eynisi digərlərinə kömək etmək istəyən bacılara da aiddir: qoy onlar dostlar siyahısına qadın yoldaşlarını əlavə etsinlər. Kişiləri dəvət və onlara nəsihət işini isə kişilərə buraxsınlar!

Biz bir neçə fətvada cütlər arasında yazışma və chat barədə hökmü müzakirə etmişik. Bunun üçün müvafiq fətvalara baxa bilərsiniz.

Xüsusilə də şeytanın Internet vasitəsilə dəvətçiləri qadın fitnəsinə salmasının yollarını qeyd etmişik.

Buna görə də, biz ümid edirik ki, sual verən qardaşımız özünə nəsihət edəcək və bütün şübhəli şeyləri tərk edəcək, özündə fitnəyə aparan qapılara sədd qoyacaq; və ona naməhrəm olan qadınları dostlar siyahısına əlavə etməkdən çəkinəcək. Əgər o, bunu artıq edibsə, bu zaman həmin qadınların adlarını dostlar siyahısından silməyə (“unfriend” etməyə) tələssin. Bu həm onun özü üçün, həm də həmin qadınlar üçün daha salamatdır.

Allahdan müsəlmanların imanlarını qorumalarını  və onları qadınların fitnəsindən mühafizə etməyini diləyirik.

Ən doğrusunu isə Allah bilir.

http://islam-qa.com/ar/ref/169654