Xəstəyə gül bağışlamaq
Sual: Xəstəxanalarda artaraq müşahidə olunan bir hadisə barəsində sizdən soruşmaq istəyirik. Bu adət müsəlman cəmiyyətlərinə yaddır və bizə kafir qərb cəmiyyətlərindən sirayət etmişdir. Bu, xəstəyə gül vermək barəsindədir. Gülləri baha qiymətə alırlar. Sizin bu adət haqqında rəyiniz nədir?
Cavab:
Həmd Allaha məxsusdur.
Şübhəsiz ki, güllərin (pasientə) heç bir faydası və ya heç bir əhəmiyyəti yoxdur. Onlar xəstəyə şəfa vermir, nə də onların ağrısını yüngülləşdirir, sağlamlıq, gümrahlıq gətirmir və yaxud da onun xəstəliklərinin qarşısını almır. Bunlar sadəcə güllərin əl ilə və yaxud dəzgahla fabrikdə istehsal olunmuş mücərrəd surətləridir, yüksək qiymətə satılır, istehsalçılar bundan yüksək mənfəət əldə edir, alıcılar isə itirirlər. Bu Qərbi kor-koranə təqliddən başqa bir şey deyil, bunun üçün bir az belə düşünməyə dəyməz. Bu güllər baha qiymətə alınır və bir, iki saat və yaxud bir gün, iki gün pasientin yanında qalır, sonra isə zibil yeşiyinə atılır. Yaxşı olardı ki, buna xərclənən pulları özünüzdə saxlayasınız və dünya, axirət məqsədləri üçün istifadə edəsiniz. Kim bu cür gülləri alındığını və yaxud satıldığını görürsə bu əməllərinə görə onlara etirazını bildirməlidir ki, bəlkə həmin insan bundan tövbə etsin və xeyir deyil, yalnız zərər gətirən bu cür sövdəni tərk etsin.
Əl Lulu əl-Məkin min Fətəvə əl-Şeyx ibn Cibrin, səh.58


