Dəvət olunan bəzi adamlara “ALLAHDAN qorx” dedikdə mənə “İşinlə məşğul ol” deyirlər.
Sual: Üzləşdiyim və mənə ağır təsir edən məsələlərdən biri budur ki, bəzi adamlara nəsihət etdikdə və yaxud onları bəzi münkər, çirkin işlərdən çəkindirdikdə onlar: “Bu sənlik deyil, öz işinlə məşğul ol, mənim şəxsi işimə qarışma”-deyə cavab verirlər. Onların bu sözlərinin hökmü nədir?
Cavab: Həmd Allaha məxsusdur.
Bunlar batil sözlərdir və haqqı inkar etməkdir. Allah-Təala bu cür cavabı xoşlamır. Buna dair dəlil Allah Rəsuluna sallallahu aleyhi və səlləm istinadən rəvayət olunan səhih hədisdir. Allahın Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Allaha ən sevimli sözlər “Sübhənəkə Allahummə va bi həmdikə, va təbərəkə ismukə va təala cəddukə, va lə iləhə ğeyruk”.[1] Allahın ən nifrət etdiyi kəlmə isə, bir insan digərinə: “Allahdan qorx” dedikdə, ona: “Öz işinlə məşğul ol!”-söyləməsidir.[2]
Siz dəvətdə sabitlik və mətanət nümayiş etdirin, əziyyət çəkdiyiniz şeylərə səbirlə sinə gərin. Necə ki, Loğman Allahın ona salamı olsun öz oğluna demişdir: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”.[3]
http://islam-qa.com/en/ref/10490
[1] Allahım, Sən Pak və Müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur.
[2] əl-Silsilə əs-Sahihə, Şeyx əl-Albani, №2598.
[3] Loğman,17.


