“Gecə klublarında əylənməyən müsəlman tələbəyə”- qeyri-müsəlmanın etirazı və buna cavab

Sual: Universitetdə sinfimizdə müsəlman bir tələbə var və o heç vaxt gəlib bizimlə əyləşmir, nə də bizimlə gecə klubuna gedir. Sualım budur ki, nə üçün İslam dini insanlara əylənməməyi və həmişə miskin, yazıq olmağı öyrədir?

Cavab: Həmd Allaha məxsusdur.

Sizin İslam barəsində Internet səhifəsinə məktub ünvanlanmağınız özü-özlüyündə gözəl bir ideyadır. Bu göstərir ki, siz öyrənmək istədiyiniz məsələ barədə soruşmaq üçün doğru, münasib yol seçmisiniz. Bu cür etməklə yaxşı etmisiniz və əməlləri yaxşı olanlara “əhsən söyləmək” bizə əmr olunmuşdur.

Öz adımızdan bildiririk ki, sizin suallarınıza və sorğularınıza cavab verməkdən özümüzü xoşbəxt hiss edirik. Nəinki bu məsələ, bu din barəsində bilmək istədiyiniz hər bir şey və yaxud öyrənməyi uyğun hesab etdiyiniz hər bir şey haqqında suallarınıza cavab verməkdən özümüzü şad hiss edirik.

Bizim burada sizə söyləyəcəklərimizə diqqət yetirməyinizi istəyirik.

İnanırıq ki, siz bu sualları sadəcə əylənmək və İslam əqidəsinin hökmlərini təkzib etmək, mübahisə məqsədilə vermirsiniz. Düşünürük ki, siz daha çox öyrənmək istədiyinizdən sual verirsiniz.

Bir neçə məqama toxunaraq sizin sualınızı cavablandırmaq istərdik. Güman edirik ki, bizim dediklərimizi başa düşmək iqtidarındasınız.

1 Kupalnik geymiş bir qadın sizin yanınıza gəlib dünyasını dəyişmiş bir qohumunuz üçün başsağlığı verərsə, siz nə düşünərsiniz? Sizinn üçün bu məqbuldurmu? Hesab edirik ki, cavabınız “xeyr” olacaq. Bu cür hərəkət qəbuledilməzdir. Çünki bu cür mərasim zəruri edir ki, başsağlığı vermək üçün insan münasib geyimdə gəlsin, elə deyilmi?

Sual belədir: Həmin insanın geyim azadlığına məhdudiyyət qoyan və ondan başqa deyil bir növ paltar geyməsini diqtə edən nədir? Adət və ənənələrdir, elə deyimi?

Gördüyünüz kimi, insan hər bir halda istədiyini etməkdə sərbəst deyil. Əksinə, bəzən adətlər insanı müəyyən bir şeyi etməkdən çəkindirir və onun azadlığına müəyyən həddlər qoyur.

Sizinlə eyni süfrə arxasında əyləşib yemək yeyən və yemək əsnasında gəyirən insan haqqında nə düşünərdiniz? Bu cür əməli qəbul edərdiniz? Bizə elə gəlir ki, cavab “xeyr” olacaqdır. Bu cür davranış məqbul deyil. Çünki bu əməl süfrə ədəbinə ziddir, elə deyilmi?

Sual: Bu insanın azadlığına sədd qoyan və yemək yeyərkən bu cür əməldən onu çəkindirən nədir? Bu incə zövq və əxlaqdır, elə deyilmi? Məlum olur ki, insan başqaları ilə yemək yeyərkən istədiyini etməkdə, məsələn gəyirməkdə, barmaqları ilə burnunu eşməkdə və s. sərbəst deyil. Çünki incə zövq ondan müəyyən şeylər tələb edir və digər şeyləri etməsinin qarşısını alır.

Bir sürücü maşınını nəqliyyatın hərəkət axınının əks istiqamətində sürərsə və yaxud maşın saxlamağın qadağan olunduğu yerdə maşın saxlayarsa, onun haqqında nə düşünərsiniz? Bu əməli ondan qəbul edərsinizmi?

Düşünürük ki, cavab “xeyr” olacaqdır. O cür əməllər rədd olunur. Çünki bu cür etmək məqbul deyil. Sükanı idarə etmək hüququ insanın keyfinə görə deyil və maşın saxlamaq üçün bütün yerlər məqsədəuyğun sayılmır, elə deyilmi?

Sual: Sürücünün azadlığını məhdudlaşdıran və həmin yerdə maşını saxlamasına mane olan nədir? Bu, qayda-qanundur, elə deyilmi?

Gördüyünüz kimi, bir insan hətta öz maşınını belə istədiyi kimi idarə etməkdə və yaxud istədiyi yerdə saxlamaqda sərbəst deyil. Çünki, qanunda göstərilir ki, nəqliyyat vasitələri bu məqsədlə nəzərdə tutulmuş müəyyən yolla hərəkət etməlidir və müəyyən yerlərdə maşınları saxlamağı qadağan edir.

Adət və ənənələr, incə zövq və qanun, bunların hamısının insanlar üzərində müəyyən gücə sahib olduğunu dərk edirsiniz. Yəni bunlar, insanları müəyyən şeyləri etməkdən çəkindirir və başqa işləri görməyi isə vacib edir. Ona görə də, Allahın və yaxud dinin insanlar üzərində hökmünün olduğu heç də qəribə qarşılanmamalıdır. Biz Rəbbimizin və ya dinimizin bizə nəyi qadağan etdiyini görürük və biz bundan çəkinirik və bunu “qadağa” hesab edirik. Bu sözün qısasıdır. Güman edirik ki, siz Allahın qadağan etdiklərinin qeyd etdiyimiz bütün şeylərin hamısından daha mühüm olduğunu və bunlara diqqətlə yanaşmaq və onlardan çəkinməyin daha əhəmiyyətli olduğunu dərk edirsiniz. Çünki O, Xaliqdir. Əmr edir ki, biz Onun qulları olaq. Biz də Onu Rəbbimiz, Şəri[1] və Hakim qəbul etmişik.

Gecə klubuna getməməsi və spirtli içkilər içməməsi müsəlman tələbənin etdiyi bu davranış sadəcə ona bunu qadağan edən Rəbbini razı salmaqdır.

2. Bundan əlavə, siz həmin müsəlman tələbənin gecə klubuna getməməsinə və sizinlə əylənməməsinə etiraz edirsiniz. Biz sizdən soruşuruq: Sizcə bu əyləncənin hər hansı bir həddi varmı, yoxsa həddsizdir? Sizinlə daha açıq danışaq: Siz, sizin qadın tələbələr arasında olan qız dostunuzun başqa bir tələbənin və yaxud bir müəllimin qız dostu olmasını qəbul edərsinizmi? Sizin onunla yaxın olduğunuz kimi başqa birinin də onunla yaxın olduğunu qəbul edirsinizmi? Orta məktəblərdə və kolleclərdə bundan dolayı baş verən bir çox ölüm hallarından xəbərimiz var. Bizə cavab verməyinizə ehtiyac yoxdur. Çünki, adətən sonu ölümlə başa çatan münaqişələri görmüşük, eşitmişik və bu barədə oxumuşuq. Bütün bu cinayətlər isə həmin qız tələbənin könlünü qazanmaq üçün aparılan yarışlar səbəbindən baş vermişdir. Bu belə deyilmi? Elə isə, sizin dəvət etdiyiniz bu əyləncə nədir axı? Siz nə üçün eyni qadın tələbə ilə yaxınlıq etmək istəyən digər tələbə və müəllimlərə bu cür əyləncəni qadağan edirsiniz? Bəlkə onlar da istəyirlər.

Siz sağlam insan təbiətinə və yaşadığınız reallığa qarşı çıxsanız və sevdiyiniz qız tələbə ilə digər tələbələrin də “yaxın əlaqədə” olmasını qəbul etsəniz belə, eyni şeyi siz öz həyat yoldaşınız üçün qəbul edərdinizmi? Ümid edirik ki, bu sual sizi qəzəbləndirməyəcək. Bizim burada yeganə istədiyimiz sizə başa salmaqdır ki, sizin cəmiyyətdə ziddiyyətlər mövcuddur, bununla siz əyləncəyə və həzz almağa dəvət edirsiniz, lakin özünüzə, nəfsinizə, arzu və həvanıza aid olan şeylər ilə bunu məhdudlaşdırırsınız, bir müsəlman öz dininə görə bunu etməkdən imtina edirsə onu “məsxərə obyektinə” çevirirsiniz və tənqid edirsiniz. Bundan əlavə, bu sual ilə əlaqədar dinimizdə bir hədisdən bəhs olunur.

Bilirisinizmi bu nədir?

Bir cavan oğlan Peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm yanına gəlir və zina etməsi üçün ona icazə verməyini xahiş edir. Bəli, o başqa insanların qızları və qadınları ilə zina etməsi üçün izn istəyir. Bilirsinizmi, Peyğəmbər sallallahu aleyhi və səlləm ona nə söylədi?

Ona belə dedi:

“Anan üçün bu cür edilməsini qəbul edərsənmi?

“Bacın üçün bu cür edilməsini qəbul edərsənmi?” və hər dəfə gənc oğlan “xeyr” deyirdi. Yəni, demək istəyirdi ki, heç kəs anası, bacısı və yaxud qızı ilə zina edilməsini qəbul etməz. Hər dəfə də, Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyirdi: “Eynilə, insanlar bunu öz anaları, bacıları və yaxud qızları üçün qəbul etmirlər”. Peyğəmbər sallallahu aleyhi və səlləm onun üçün dua etdi və onun yanından getdikdən sonra zina gəncin düşüncəsində əməllərin ən iyrəncinə çevrildi.

Siz bu müsəlmanı əylənməyə dəvət edirsiniz və biz də məntiqi bir sual verdik: “Sevdiyiniz qız ilə başqa birisinin “yaxınlıq” etməsini istərdinizmi? Arvadınız ilə yaxınlıq etməsini istərdiniz? Qızınız ilə necə? Biz tam əminik ki, imansız arvadların ölüm hadisələrinin baş verməsinin səbəbi, Allah-Təalanın bütün insanların fitrətində xəlq etdiyi sağlam insan təbiətinin pozulmasıdır. Halbuki insanlar bunu təkzib edir və bunu sərt bir surətdə rədd edirlər, hətta bu onu və yaxud onun sevgilisinin öldürülməsi ilə nəticələnsə belə. Hətta, son aqibəti ömürlük həbs və yaxud edam olsa da. İmansız “qız dost” əlbəttə ki, imansız “zövcə” kimi deyil. Lakin, “oğlan dostlar” belə “qız dostlarının” hər kəs tərəfindən paylaşılmasını qəbul etmir.

İslam dininin gətirdiyi qaydalar əsaslı və olduqca hikmətlidir; bunlar, fərd, cəmiyyətlər və dövlətlərin maraq və  mənafeyinə ən yaxşı şəkildə xidmət edir. İslam dini nikahdan kənar evliliyi qadağan edərkən məqsəd cəmiyyətlərin daxilən və xaricən saf olmasını təmin etməkdir. Haram və saxta əlaqə səbəbindən meydana gələn cinsi yolla keçən xəstəliklərə yoluxanlar haqqında “böyük rəqəmlərin” olmasını bilmək sizə kifayətdir. Halbuki, bizə elə gəlir ki, müxtəlif dinlərdə bunun qadağan olunmasında ixtilaf olmamalıdır.

Nə qədər insan AİDS-in qurbanı olub?

Nə qədər insan bu xəstəliklərə yoluxub?

Onlardan vəfat etməyənləri necə yaşayırlar?

Bu insanın özünü sürüklədiyi bədbaxt, zəlil bir həyat və dəhşətli bir ölümdür. Hansı ki, bir anlıq həzzin əvəzini “öz həyatı ilə” ödəməli olur!!! İslam dini müsəlmanın imanını, qəlbini və bədənini mühafizə edən şeyləri özü ilə gətirmişdir. Buna görə də, müsəlman bir kəs haram işləri işləməkdən çəkinir və Allahın onun üçün buyurduqları ilə qane olur, çünki Allah insanlar üçün nəyin ən yaxşı, faydalı olacağını ən yaxşı bilir.

4 Nəzərə almaq lazımdır ki, bu dünyada əldən buraxdıqlarınız üçün peşmançılıq hissi keçirəcəyəniz heç bir şey yoxdur. Çünki bu dünya müsəlman üçün bir “zindandır” və onun cənnəti və həqiqi əyləncəsi isə axirətdədir. Kafirə gəldikdə isə onun cənnəti yalnız bu dünyadadır, burada dünyanın əyləncələrindən ləzzət alır, sonra isə onun son aqibəti, taleyi zəlillik və xüsran olacaqdır.

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm bu barədə bizə belə demişdir: “Bu dünya möminin zindanı kafirin isə cənnətidir”.[2]

Alimlərimiz hədisə aşağıdakı kimi şərh vermişlər:

Bu dünyada həbs olunan və qadağan olunmuş, iyrənc arzu-həvalardan, istəklərdən məhrum qalmış hər bir mömin çətin ibadətləri yerinə yetirməklə mükəlləf olur, lakin dünyasını dəyişdikdə o bundan xilas olur və Allahın onun üçün hazırladığı əbədi sevinclərə və heç bir şeyin narahat etmədiyi tam sükunətə nail olur.

Kafir isə bu dünyada nə əldə edirsə edir, bununla belə əldə etdiyi çox azdır və bir çox problemlər və narahatçılıqlar yaşanır, öldükdə isə əbədi əzaba və fəlakətə düçar olur.[3]

Ümid edirik ki, bu məsələ üzərində düşünəcəksiniz və həmçinin ümidvarıq ki, bu sizin qəlbinizi haqqa açmaq üçün “açar” rolunu oynayacaq.

5. Sizə kim deyib ki, İslamda əyləncə yoxdur?! Biz əylənirik, lakin Allahın bizə icazə verdiyikləri ilə. Biz sizlərdən də çox əylənirik. Çünki haram şeydə əyləncə yoxdur, əksinə həqiqi əylənmə halaldadır. Günah özündən sonra peşmançılıq hissi gətirir və bunu edən isə heç zaman xoşbəxt ola bilməz. Bu həqiqətə şahid olmaq üçün öz halınıza göz gəzdirin.


Əgər siz bir qadın ilə yaxınlıq edirsinizsə, biz isə dördü ilə edə bilərik. Bu cür neməti bizə bəxş etdiyinə görə gecə-gündüz dinimizi təhqir edən sizin bu insanlarınıza nə olub görəsən?


Biz oğullarımız və qızlarımız ilə həyatdan zövq alırıq, nəticə etibarilə özünüz də şahid olursunuz ki, müsəlman ailələri böyükdür və çox uşaqları var. Bu baxımdan sizdə hansı ləzzət var?

Biz ana və ata sevgisindən, qayğısından həzz alırıq. Ana və ataya qarşı münasibətin həqiqəti haqqında bilirsinizmi?

Ləzzətli, halal qidadan ləzzət alırıq və ləzzətli halal içkilərdən ləzzət alırıq. Həmçinin həyatımızın digər yönləri haqqında da eyni şey keçərlidir. Əsas odur ki, Allahın halal etdiklərindən və bizə ləzzət almağı halal buyurduqlarından ləzzət alasan.

Bizim xoşbəxt olmağımız və Allahın bizə hidayət etməsindən ləzzət almağımız bizə kifayətdir. Bu hidayət odur ki, Allahın razı qaldığı doğru yola tabe olaq. O doğru yol ki, bizdən əvvəl onunla uca peyğəmbərlər addımlamışlar. Bu elə bir səadətdir ki, milyonlarla insanlar bundan məhrum qalıblar, daşlara və yaxud bütlərə və ya özləri kimi insanlara ibadət etməyi özlərində rəva bilmişlər. Allah-Təala bizə xəbər verir ki, bu cür insanların həyatları heç vaxt gözəl olmayacaqdır və onların qəlbləri heç zaman rahatlıq tapmayacaqdır (narahat olacaq), çünki onlar onları xəlq edən Rəbblərinin (İbadətdə) Təkliyinə iman etməyi tərk ediblər və başqa batil ilahları Ona şərik qoşublar. Ona görə də Allah-Təala bu dünyada onları sıxıntı ilə cəzalandırır və qəbirlərində onları “qəbirlərinin daralması” ilə cəzalandıracaqdır, daha sonra isə Diriliş gününün  sərtliyi ilə cəzalandıracaqdır. Onların son taleyi, mənzili içində əbədi qalacaqları CƏHƏNNƏM olacaqdır.

Bu sözlərin həqiqi olduğunu dərk etmək istəyirsinizsə, elə isə sizin camaatınız və yaxud digərlərinin İslam dinini qəbul etmələrinə dair əhvalatları oxuyun. Onların həyatında baş verən böyük dəyişikliklərə nəzər yetirin və indi ləzzət aldıqları, sevinc duyduqları böyük səadətə bir baxın.

Siz bizi əylənməyə və həzz almağa dəvət etdiyiniz kimi, biz də sizi səmimi olaraq gəlib bizimlə birlikdə həzz almağa, səadət yoluna tabe olmağa və yuxuya gedərkən və oyanarkən səninlə birlikdə olan, səni heç bir zaman, qəbirə daxil olana qədər və Rəbbin səni səadət yurduna, genişliyi Səmalar və Yerlər qədər olan CƏNNƏTƏ daxil edənə qədər tərk etməyəcək olan həqiqi səadəti dadmağa dəvət edirik.

Rəbbimiz olan Allahdan diləyimiz budur ki, sizi həqiqi elmə hidayət etsin və İlahi vəhyi onunla xətm etdiyi dindən başqa bir din üzərində canınızı almasın.

Tövfiq Allahdandır.
http://islam-qa.com/en/ref/113836



[1] Qanunverici.

[2] Muslim, 2956.

[3] Şərh əl-Nəvəvi,18/93.