Təqva nədir?
Sual: Aşağıdakı ayənin mənası nədir?
Cavab: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”.[1]
Bu mübarək ayənin mənası odur ki, Qüdrətli və Əzəmətli Allahdan tam qorxan yalnız alimlərdir. Lakin hansı alimlər? Bu ayə Qüdrətli Allah, Onun Şəriəti, Onun ayələri haqqında biliyi, elmi olan kəslərdən bəhs edir, texniki və yaxud elmi biliklərə yiyələnənlərdən danışmır. Yalnız Allahın ayələrini tanıyan, bilən din alimləri hər şeyə Qadir olan Allahdan, Ona layiq şəkildə, qorxulması lazım olan tərzdə qorxa bilərlər və Ona layiq şəkildə ibadət edə bilərlər. Bu Allah haqqında heç bir şey bilməyən cahilin əksinədir. Çünki cahil insan Qüdrətli və Əzəmətli Allahdan qorxmur. İnsanın Əzəmətli Allah haqqında elmi nə qədər artarsa, bir o qədər Allahdan qorxar, təqvası artar, dininə əməl etməkdə bir o qədər sadiq olar.
Fətəvə isləmiyyə, cild 7, səh.146, DARUSSALAM
[1] Fatir,28.


