Dəvət yoxsa elm tədrisi, hansı üstündür?
Sual: Bu ikisindən hansı savabca üstündür. Qüdrətli və Uca Allahın yoluna dəvət etmək üçün yoxsa elm tədrisi üçün yola çıxmaq?
Cavab: Elm öyrənmək daha üstündür və daha məqsədəmüvafiqdir. Həmçinin, elm tələbəsi elm tədrisi ilə yanaşı dəvət də edə bilər. Lakin heç bir elmi olmadan Allahın yoluna dəvət etmək qeyri-mümkündür.
Uca Allah buyurur: “(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq”.[1]
Belə ikən elmsiz dəvət necə mümkün ola bilər ki? Heç kəs elmsiz həqiqi dəvət etmir. Kim elmsiz dəvət edərsə, uğur qazanmaz.
[1] Yusif, 108.


