Əsəb pozuntuları
Sual: Tanıdığım bir nəfər əsəb xəstəliyinə tutulub. Həkimlərdən biri bunun xroniki xəstəlik olduğunu deyib. Onun xəstəliyi bir çox problemlərə səbəb olub: o, valideynlərə səsini qaldırır, qohumları ilə yola getmir və o, daim narahatdır, əsəbidir və qorxur. Bu şəxs xəstə olduğu üçün həm davranışlarına, həm də namaz və oruc tutmaq kimi vacib əməllərə görə üzürlü hesab edilirmi? Bu cür insanlara nə məsləhət verərdiniz?
Cavab: Nə qədər ki, onun ağlı başındadır, o, Şəriət qaydalarına görə üzrlü sayılmır. Amma, əgər yaddaşına və ya hərəkətlərinə nəzarət edə bilmirsə, bu halda o üzrlü hesab edilir. Mənim ona məsləhətim budur ki, dönə-dönə Qüdrətli Allaha dua etsin, Ondan bağışlanma diləsin və lənətlənmiş şeytandan Ona sığınsın. Bəlkə, bu minvalla, o hirsləndiyi zaman Allah qəzəb hissini ondan uzaqlaşdırar.
Şeyx Məhəmməd bin Salih əl-Üseymin.


