Cəmiyyət korlanmağa doğru getdiyindən doğulacaq uşaqların sayına məhdudiyyət qoymaq
Sual: Hər beş ildən bir uşaq doğmaq məqsədilə ailə planlaşdırması aparmaq olar? Çünki cəmiyyətin fəsada uğramasını, korlanmasını görürük və əksəriyyət etibarilə korlanmış cəmiyyətdə həmyaşıd uşaqlarımı tərbiyə edə bilməyəcəyimdən qorxuram.
Cavab: Həmd Allaha məxsusdur.
Şeyx Muhəmməd ibn Salih əl-Üseyminin (Allah ona rəhmət etsin) suala cavabını olduğu kimi təqdim edirik:
“Nə qədər ki, niyyətiniz belədir, o zaman bu cür etmək olmaz. Çünki bu hərəkət Peyğəmbərə (sallallahu aleyhi və səlləm) istinadən rəvayət olunan hədisdən dolayı Allaha təvəkkülün olmamasından xəbər verir. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Sevən və doğan qadınlarla evlənin”.
Lakin doğuşun planlaşdırılması qadının səhhəti ilə bağlı isə-ola bilsin ki, qadın təkrar-təkrar hamilə qalmağın öhdəsindən gələ bilmir-bu icazəli ola bilər, lakin yaxşısı budur ki, bu cür etməyəsiniz.
Sual: Siz deyirsiniz ki, qadının səhhətinə daha çox diqqət yetirmək cəmiyyətin korlanmasına diqqət yetirməkdən daha mühümdür?
Cavab: “Əlbəttə. Çünki, uşaqların korlanacağına dair yəqinlik yoxdur. Ola bilsin ki, həmin uşaqlar saleh şəxslər olsun və cəmiyyətə fayda versinlər. Ən doğrusunu Allah bilir”.


