Quran və Sünnədə qlobal istiləşmədən bəhs edilirmi?

Sual: Hal-hazırda bütün dünyada mövcud böyük problem hesab edilən qlobal istiləşmə haqqında İslamda və  Quranda nə deyilir? Ekspertlər bildirirlər ki, bir neçə onillikdən sonra dünyadakı buzlaqlar əriyəcək və nəticədə təhlükəli bir vəziyyət yaranacaq və s. Qurandakı elmi dəlillərdə bu məsələdən bəhs olunurmu?

 

Cavab: Həmd Allaha məxsusdur.

Qlobal istilişmə problemi dövrümüzün ən başlıca ekoloji problemlərindən biri hesab edilir. Bu barədə ekspertlər çoxsaylı konfranslar keçirmiş və bunun ciddi fəsadlarına dair çoxlu məqalələr dərc etmişlər. Mütəxəssislər temperatur artımınının səbəbi kimi fabriklər, elektrik stansiyaları və maşınların buraxdığı emissiyalar nəticəsində atmosferə buraxılan və orada toplanan qazlar ilə izah edirlər. Nəticədə havanın və okeanın temperaturu yüksəlir, buzlaqların əriyə biləcəyi və torpaqların su altında qalacağı, nəticə etibarilə bəzi ölkələrin relyefini tamamilə dəyişəcəyi və yer üzündə geniş ərazilərdə iqlimin dəyişəcəyi kimi bir təhlükə ilə üz-üzə qoyur.

Bu barədə Quran və Sünnədə bir hədisdən başqa bir şey tapa bilmədik. Şəriət və ətraf mühit elmləri sahəsində ixtisaslaşmış bəzi alimlər bildirirlər ki, həmin hədis ilə bu məsələ arasında əlaqə var və dünyanın ən nüfuzlu müətəxəssislər onları bu fikrini təsdiq edirlər. Hədisdə qeyd olunur ki, Ərəb Yarımadası yenidən otlaqlara və çaylara çevriləcək. Onlar bunu yerin iqliminin tamamilə dəyişəcəyi və qlobal istiləşmədən (Şimal qütbündə) Arktik buzlaqlarının əriyəcəyi ilə izah edirlər.

Biz hesab edirik ki, Ərəb yarımadasının yenidən otlaqlara və çaylara çevriləcəyinə dair heç bir şübhə ola biməz. Lakin biz bu prosesin buzlaqların əriməsi səbəbindən baş verəcəyini yəqinliklə deyə bilmərik. Çünki bunu ancaq Allah bilir. Bununla belə bu fikri irəli sürməyimizin səbəbi budur ki, bu rəy müvafiqlik təşkil edir, çünki bunu həm müsəlman, həm də qeyri-müsəlman olan bir sıra mütəxəssislər bunu bildirmişlər.

Hədisin mətni:

Əbu Hureyraya (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə söylədiyi xəbər verilir: “Ərəb torpaqları yenidən otlaqlara və çaylara çevrilmədikcə Qiyamət qopmayacaq”.[1] Otlaqlar çoxlu bitki örtüyünün olduğu geniş əraziyə deyilir.

Dr.Zəğluli əl-Nəccar belə deyir:

Bu hədis elmi möcüzə olub 20-ci əsrin axırına kimi alimlərin başa düşmədiyi unviersal bir həqiqətdir. Belə ki, qəti dəlillərlə sübuta yetirilib ki, Ərəbistan Yarımadası qədimdə otlaqlardan və çaylardan təşkil olunmuşdur. İqlim tədqiqatları həmçinin göstərir ki, hal-hazırda quraq səhra iqliminin yenidən otlaqlara və çaylara keçmə prosesi başlayıb. Çünki özünün uzun müddətli tarixi boyunca yer kürəsi uzun müddət ərzində tədricən iqlim dəyişikliyinə məruz qalır yaxud proses qəfildən və sürətlə baş verə bilər.

İqlim tədqiqatları göstərir ki, biz yeni yağışlı mövsümə yaxınlaşırıq. Buna dəlil şimal yarımkürəsində buzlaqların yerini cənuba doğru dəyişməsi və qış mövsümündə temperaturun nəzərəçarpan dərəcədə aşağı düşməsidir.

Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) “Ərəb torpaqları yenidən otlaqlara və çaylara çevrilmədikcə Qiyamət qopmayacaq”hədisində sözügedən buz əsrinə işarə etməsi onun Peyğəmbərliyinin bir sübutudur və göstərir ki, o həmişə İlahi vəhy ilə hərəkət etmiş və göylərin və yerin Xaliqi tərəfindən öyrədilmişdir. Sitatın sonu.

Bax: http://www.eqraa.com/forums/index.php?showtopic=3687

Şeyx Abdul-Məcid əl-Zindani demişdir:

Alim, professor Alfred Kroner dünyanın ən məşhur geoloqlarından biri Kral AbdulƏziz adına universitetin Yerşünaslıq Kollecində keçirilən geologiya konfransında iştirak edirdi. Mən ona dedim: “Ərəbistanın bir vaxtlar bağlardan və çaylardan formalaşdığına dair sizdə hər hansı sübut var? O dedi: “Bəli, bu bizə çox yaxşı məlumdur və elmi bir həqiqətdir. Geoloqlar bunu bilirlər, çünki orada hər hansı bir yeri qazsanız bu ərazinin bir vaxtlar otlaqlar və çaylardan ibarət olduğunu göstərən nişanələrə rast gələcəksiniz. Bu barədə çoxsaylı faktlar var.

Mən ona dedim: “Ərəbistanın yenidən otlaqlar və çaylar olacağına dair sizdə hər hansı sübut varmı? O dedi: “Bu həqiqətdir və sübuta yetirilib. Biz geoloqlar bunu bilirik və ölçülər aparırıq və hesablayırıq. Biz bunun təxminən nə zaman baş verəcəyini söyləyə bilərik və çox da uzaq deyil, çox yaxındır. Mən dedim: “Nə üçün?” O dedi: “Çünki biz keçmişdən başlayaraq yer kürəsinin tarixini öyrənmişik və aşkar etmişik ki, yer kürəsi bir çox mərhələlərdən keçir, bunlardan biri də buz dövrüdür. Buz dövrü nə deməkdir? Bu o deməkdir ki, dənizin suyunun müəyyən hissəsi buza çevrilir və Şimal Qütbündə toplanır, sonra cənuba doğru dəyişməyə başlayır. Cənuba hərəkət etdikdə aşağıda olan hər şeyi örtür və yer kürəsinin iqlimi dəyişir. İqlim dəyişikliyinə Ərəbistanda baş verən dəyişiklik də aiddir. Burada hava soyuqlaşır və Ərəbistan yer kürəsində ən çox yağıntı və çayların olduğu bir əraziyə çevrilir.

Mən dedim: “Bunu təsdiq edə bilərsinizmi?”

O dedi: “Bəli, bu təkzibolunmaz bir faktdır”.

Mən dedim: “Dinləyin ,Muhəmmədə (Allahın ona salavatı və salamı olsun) bu barədə kim söyləyib? Bütün bu dedikləriniz barədə Müslimin rəvayət etdiyi hədisdə bildirilir. Hədisdə deyilir: “Ərəb torpaqları yenidən otlaqlara və çaylara çevrilmədikcə Qiyamət qopmayacaq”. Muhəmmədə Ərəbistanın bir vaxtlar otlaqlar və çaylardan ibarət olduğunu kim söyləyib? O düşündü və sonra dedi: “Romalılar”. Mən ona dedim: “Yaxşı bəs Ərəbistanın yenidən otlaqlara və çaylara çevriləcəyi barədə ona kim söyləyib?” O bir an fikirləşdi və dedi: “Yuxarıda olan! Sonra ona dedim: “Bunu yazın. Beləliklə o öz xətti ilə yazdı: “Quran və Sünnədə gördüyüm elmi həqiqətlərdən dəhşətə gəlirəm. Halbuki biz bunu müasir elmi metodlar ilə yalnız son zamanlarda sübuta yetirə bilmişik. Bu göstərir ki, Muhəmməd Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu elmə yalnız səmadan gələn vəhy sayəsində nail olmuşdur”.

Allaha and olsun ki, mən bu alman mütəxəssisi ilə iki saat yarım vaxt keçirdim və o bunları söylədi. Elm adamları arasında nəhəng hesab edilən bu alim bunu yazdı və təsdiq etdi. Bu göstərir ki, bir elm, bir həqiqət və vahid Allah var.

Sitat http://www.science4islam.com/index.aspx?act=da&id=133 saytından əxz edilib.

Ən doğrusunu Allah bilir.

http://www.islam-qa.com/ar/ref/110197


[1] Muslim (157).