İslam nə zaman başladı?

Sual: İslam nə zaman başladı və İsa əleyhissəlam ilə Muhəmməd sallallahu aleyhi və səlləm arasında nə qədər zaman fasiləsi olub?

Cavab: Həmd Allaha məxsusdur.

İslam, Peyğəmbərin göndərilməsi ilə, Ərəbistan yarımadasında Məkkədə Cəbrayılın Allah-Təaladan gətirdiyi vəhy ilə başladı. Bu isə bazar ertəsi, Ramazan ayında, Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm qırx yaşında olduğunda, Mədinəyə hicrət etməsindən 13 il öncə bir vaxta təsadüf edir. Miladi təqviminə əsasən, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm missiyası təxminən 608 və yaxud 609-cu ildə başlayıb. Salman əl-Farsi radiyallahu anhu rəvayət edir ki, Muhəmməd sallallahu aleyhi və səlləm ilə İsa əleyhissalam arasında zaman fasiləsi 600 il olub.

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/en/ref/1985