İmam əs-Suyuti
Sual: İmam Suyuti kim olub?
Cavab: Həmd Allaha məxsusdur.
əl-Suyuti-əl-Hafiz Abd ər-Rəhman ibn əl-Kamal əbi Bəkr ibn Muhəmməd ibn Sabiq əl-Din əl-Fəxr ibn Osman əs-Suyuti.
Onun ləqəbi Cələl əd-Din idi və atasının adı Əbul-Fadl idi. Hicrətin 849-cu ilində anadan olub və yetim olaraq böyümüşdür. Hələ səkkiz yaşına çatmamış Qurani Kərimi əzbərləmiş və erkən, kiçik yaşlarından elm tədrisində fəal olmuşdur. Elmə yiyələnmək üçün çoxlu səyahətlər etmişdir-Suriyaya, Hicaza, Hindistana və Məğribə (şimali Afrika) getmişdir. Elmin müxtəlif sahələri, o cümlədən təfsir, hədis, fiqh, bioqrafiyalar (tərcümeyi-hallar), tarix haqqında bir çox kitabların müəllifidir. Materialların təsnif olunmasına böyük töhfələr vermiş, xeyli çalışmışdır. Çünki o çoxlu kitablar toplayırdı, onun kitablarında səhih, zəif və uydurma hədislər, həm doğru , həm də doğru olmayan materiallar var. (Sadəcə kitab toplamaqla məşğul olurdu).
Deyilənə görə təxminən 600 kitab yazmışdır. əs-Suyuti rahiməhullah Hicrətin 911-ci ilində dünyasını dəyişmişdir.


