Əli ibn Əbi Talibin (Allah ondan razı olsun) fəziləti və salavat göndərməkdə onu xüsusiləşdirmək

Sual: Əli İbn Əbi Talibə (Allah ondan razı olsun) “sallallahu aleyhi və səlləm” söyləmək barədə hökm nədir? Bu cür söyləmək doğrudur, yalnış?

Cavab: Həmd Allaha məxsusdur.

Şeyxul İslam ibn Teymiyyədən, Allah ona rəhmət etsin: “Əli İbn Əbi Talib (radiyallahu anhu) Əhli Beytdən deyil və ona salavat göndərmək icazəli deyil və ona salavat göndərmək bidətdir” söyləyən bir kəs barədə soruşurlar.

Şeyx belə cavab verir:

Əli ibn Əbi Talibin (Allah ondan razı olsun) Əhli Beydən olmasına gəldikdə bu elə bir şeydir ki, müsəlmanlar arasında bu barədə heç bir fikir ayrılığı yoxdur. Bu məsələ Müsəlmanlara o dərəcədə aydındır ki, bunu sübuta yetirmək üçün heç bir dəlilə yer yoxdur. Əksinə, o Əhli Beytin ən fəzilətlisi, Peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra Bəni Haşimin ən fəzilətlisidir. Hədisdə sabit olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz əbasını “Əli, Fatimə, Həsən və Hüseyinin” üzərinə ataraq belə demişdir: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. (Əhzab 33:33)

Lakin onu bu məsələdə təkləşdirərək salavat söyləmək məsələsinə gəldikdə, bu məsələ bizi başqa bir məsələyə aparır, bu da Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birisinə salavat, məsələn: “Ey Allahım, Ömərə və yaxud Əliyə” söyləməyin icazəli olub olmamasıdır. Bu barədə elm əhli arasında ixtilaf var. Malik, Şafi və Hənbəlilərdən bir zümrə Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birinə xüsusi şəkildə salavat göndərilməsinə icazə verməmişdir. Necə ki, İbn Abbasın belə söylədiyi rəvayət edilmişdir: “Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birinə salavat söyləməyin gərək olduğunu bilmirəm”. İmam Əhməd və onun əshablarından bir çoxu bunda bir xətanın olmamasını söyləmişdirlər. Çünki Əli İbn Əbi Talib, Ömər ibn Xattaba demişdir: “Sənə Allahın salavatı olsun”. Bu daha doğru və daha yerinə düşən rəydir. Lakin səhabələrdən birini və yaxud Peyğəmbərin sallallahu aleyhi və səlləm yaxınlarından birini məsələn “Əlini və yaxud başqa birini” onların üzərinə salavat göndərmək üçün xüsusiləşdirmək məsələsinə gəldikdə. bu onları Peyğəmbərə sallallahu aleyhi və səlləm rəqib etməkdir. Belə ki, bu kəlimə (həmin kəsin) adına bağlı bir şüara çevrilir ki, bu da bidətdir.

http://islam-qa.com/en/ref/13333