Peyğəmbərin dəvəsinin adı nə idi?
Sual: Peyğəmbərin sallallahu aleyhi və səlləm dəvəsinin adı nə idi?
Cavab: Həmd Allaha məxsusdur.
İmam ibn əl-Qeyyim rahiməhullah[1] Peyğəmbərin sallallahu aleyhi və səlləm saxladığı heyvanlar adı başlıqda belə demişdir:
“Saxladığı dəvələrdən birinin adı əl-Qasva idi. Deyilənə görə, həmin dəvə Peyğəmbərin sallallahu aleyhi və səlləm hicrət etdiyi dəvədir. Əl-Ədba və əl-Cəda. Bu dəvələr, yəni əl-Ədba və əl-Cəda bir, eyni dəvə idi, yoxsa iki müxtəlif dəvə? Bu barədə müəyyən fikir ayrılığı var. Əl-Ədba yarışda heç zaman məğlub olmayan bir dəvə idi. Sonra bir bədəvi cavan dəvənin belində gəlib yarışda onu keçdi. Bu hal müsəlmanları məyus etdi və lakin Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Həqiqətən də Allah-Təala bu dünyadan ucaltdığını təkrar aşağı salmağı Öz üzərinə vacib edib”.
Bədr döyüşündə Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Cəhlə məxsus dəvəni qənimət götürmüşdü və dəvənin burnunda gümüşü həlqə var idi. Hudeybiyyə günü müşrikləri qəzəbləndirmək üçün Peyğəmbər sallallahu aleyhi və səlləm dəvəni qurban kəsmək üçün özü ilə götürmüşdü.
Zad əl-Məad 134
http://islam-qa.com/en/ref/5103
[1] Allah rəhmət etsin.


