Səhabələrə tənə, iftira edərək onların siyasət haqqında heç bir şey bilmədiyini söyləmək

Sual: Böyük səhabə Abdullah Bin Ömərin (Allah ondan razı olsun) siyasət haqqında heç bir şey bilmədiyini söyləyən kəsin hökmü nədir? Bu cümlə təhqiredicidir.

Cavab: Həmd Allaha məxsusdur.


Abdullah ibn Ömər (Allah ondan razı olsun) dahi səhabə, mühacirlərin[1] ən böyük alimlərindəndir. Biz onu və bütün səhabələri sevməli və onlardan razı qalmalıyıq. Onları və onlardan hər hansı birini tənqid etmək olmaz, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Mənim səhabələrimi söyməyin, çünki canım əlində Olana (Allaha) and olsun ki, sizlərdən biriniz Uhud (dağı) boyda qızıl infaq etsə, bu (sizin bu əməliniz) onların etdiklərinin bir mudduna (ölçü vahidi) və yaxud onun yarısına çatmaz”.

Güc və Qüdrət Sahibi Allahdır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə olsun. Sitatın sonu.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl-İftə (26/44)

 


[1]  Məkkədən Mədinəyə hicrət edənlər.