Hüseyin radiyallahu anhunun başı hardadır?
Sual: Misir camaatı iddia edir ki, Hüseynin radiyallahu anhu[1] başı oradadır, İraq camaatı iddia edir ki, Hüseyin radiyallahu anhunun cəsədi Məşhəd adlandırdıqları yerdədir. Mən bunun doğru olub-olmadığını bilmirəm. Hüseynin radiyallahu anhu qəbiri alimlərin ən doğru rəylərinə görə haradadır?
Cavab: Hüseyin radiyallahu anhu İraqda Məhərrəm ayında Hicrətin 61-ci ildə qətlə yetirilmişdir və onun başı İraqda dəfn edilmişdir.
Onun başının Misirə aparılaraq orada dəfn edildiyi iddiasına gəldikdə, biz bunun hər hansı bir əsasa söykəndiyi bilmirik-və əslində elm əhlindən olan mühəqqiqlərdən[2] bəziləri bu fikri təkzib etmişlər.
Bunu bilməməyinizin sizə heç bir zərəri yoxdur.
Sizə və müsəlmanların digərlərinə vacib olan ondan və Peyğəmbərin sallallahu aleyhi və səlləm əshabələrindən ridvanallahu alleyhim[3] razı olmaqdır.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Sual 4, Fətva № 9123, cild 3, səh.100
http://islam-qa.com/en/ref/10977
[1] Allah ondan razı olsun.
[2] Tədqiqatçı, araşdırmaçılar.
[3] Allah onlardan razı olsun.


