Peyğəmbər sallallahu aleyhi və səlləm xilafəti Əliyə həvalə etmişdir?

Cavab: Peyğəmbərin sallallahu aleyhi və səlləm xəlifəlik vəzifəsini Əliyə (Allah ondan razı olsun) həvalə etməsi barədə məlumat yoxdur. O sallallahu aleyhi və səlləm çoxsaylı dəlillərlə bu məsələni açıqlamışdır. Bunlar göstərir ki, xəlifəliyə layiq əs-Sıddıq[1] olmuşdur.

O sallallahu alyehi və səlləm Əbu Bəkri camaat namazına imamlıq etməyə təyin etmişdir.

Peyğəmbər sallallahu aleyhi və səlləm “Allah və Onun Rəsulu Əbu Bəkrdən qeyrisini qəbul etməmişdir”deyə buyurmuşdur. Həmçinin səhabələr əs-Sıddıqın  xəlifəliyi məsələsində razılığa gəlmişlər. O cümlədən, səhabələrin icmasına[2] görə Əli, radiyallahu anhu, Əbu Bəkrə beyət etmiş və ondan razı qalmışdır. Beləliklə, Əli, radiyallahu anhu, Əbu Bəkrdən razı qalmışdır, Əbu Bəkrin imam, xəlifə olmasında ittifaq edənlərdən olmuşdur. Əli, Əbu Bəkrə kömək etmiş və onunla birgə çalışmışdır.

Allah onların hamısından razı olsun.

www.sahab.com



[1] Əbu Bəkr.

[2] Yekdil rəy.