Ənsar qadınlarının hicabı

Sual: Hicab (33-cü surənin 59-cu ayəsi) nazil oldudqan sonra Ənsari qadınların qarğa kimi göründüyündən bəhs edən hədisin mənbəyini axtarıram. Bu hədis qara hicab geyinməyin sünnət və ona görə də müstəhəb olduğuna dair dəlil təşkil edir. Bu hədisin, cildi və nömrəsi ilə birlikdə mənbəyini tapmaqda mənə kömək edə bilərsinizmi?

Cavab:

Həmd Allaha məxsusdur.

Sizin istinad etdiyiniz hədisi Əbu Davud (Allah ona rəhmət etsin) “Sünən” əsərində Ümmi Sələməyə (radiyallahu anhə) istinadən rəvayət edib. Ümmi Sələmə deyir: “…çarşabları ilə örtünsünlər” (əl-Əhzab 33:59) ayəsi nazil olduğunda Ənsari qadınlar (geyimlərindən dolayı) sanki başlarının üstündə qarğalar oturmuş kimi peyda oldular”.[1]

Aun əl Məbud” əsərinin müəllifi Sünən Əbu Davudun şərhində bunu şərh edərkən demişdir: “Onlar, örtükləri qara rəngdə olduğundan dolayı qarğalara təşbeh edilib”.

Lakin qara rəng hicabın şərtlərindən deyil, bununla belə  qara rəng daha yaxşıdır, çünki bu daha yaxşı örtür.

http://islam-qa.com/en/ref/898/Ansaar

 

 

 


[1] (Sünən Əbu Davud, Kitab əl-Libas, Bab fi qavlihi təala: yubninə aleyhinnə cələbibihinnə).