Beş yaşlı bacıma Quranı əzbərləməyi necə öyrədə bilərəm

Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan və necə başlayım?

Cavab: Həmd Allaha məxsusdur.

Erkən yaşlarından uşaqları İslam dininə itaət üzrə tərbiyə etmək və Allahın Kitabını əzbərləməyi onlara öyrətmək və onlara maarifləndirmək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnətidir və çox mühüm bir məsələdur, xüsusilə də yaşadığımız bu dövr və əsrdə.

Lakin bir çoxları öz uşaqlarına və onların himayəsi altında olanlara qarşı laqeyd münasibət bəsləyirlər, axirətdə onlara heç bir fayda verməyəcək işlərlə məqsəddən yayınırlar və həqiqətən də bu  işlər onlara zərər verə bilər. Aktyorlar, idman oyunçuları və müğənnilər kimi örnək götürülmələri bir yana qalsın, adlarının belə zikr olunmasının layiq olmadığı həmin kəslərə uşaqlar mənəvi cəhətdən bağlana bilərlər.

Biz bacımızın belə bir sual ilə müraciət etməsini yüksək qiymətləndiririk və Allaha dua edirik ki, onu dində sabit-qədəm etsin, bu və digər işlərdə ona yardımçı olsun və ona Qiyamət Günü əcr-savab qismət etsin. Başqa insanları xeyir işlər görməyə istiqamətləndirmək və yaxud xeyir işlər görməkdə payı olmaq və bu xeyir əməllərin yazıldığı dəftər ilə aləmlərin Rəbbi ilə görüşməkdən daha əzəmətli nə ola bilər ki?

Kiçik bacımız və ona Quranı əzbərlətmək məsələsinə gəldikdə biz bacımıza aşağıdakı tapşırıqları yerinə yetirməyi nəsihət edirik:

1. Oxunuşu və yadda saxlanılması ən asan olandan başlayın. Məsələn, Fatihə surəsi. Sonra axırıncı cüz. Asan bir şeylə başlamaq daha çətin materiala keçməyə yardım edir. Bundan əlavə namazı öyrənməyə başladıqda onun buna həqiqətən ehtiyacı olacaq.

2. Hər gün əzbər öyrəniləcək hissə kiçik olmalıdır. Məqsəd odur ki, uşağın bunu əzbərləməyə gücü çatsın və növbəti hissəni əzbərləmək onun üçün asan olacaq. Bu əzbər miqdarı uşaqdan uşağa dəyişir uşağın zəkasından və yaddaşından asılıdır.

3. Əzbər öyrəndiyi şeyi tez-tez təkrarladın ki, əzbəri möhkəmlənsin. Yeni bir şey əzbərləsin və əvvəlkini təkrarlasın, heç bir gününü boş keçirməsin.

4. Hər dəfə məsələn bir cüzü qurtardıqda və yaxşı əzbərlədikdə hədiyyə verərək onu həvəsləndirin.

5. Həmçinin, əvvəlcə özünüz oxuyun və o təkrarlasın. Bu da adətən əzbər öyrənmədə birinci mərhələdir. Yəni, ona Quran oxumağı elə öyrədirsiniz ki, bacısı və yaxud müəlliməsi olmadığında Quranı oxumaq onun üçün asan olsun.

6. Uşaq artıq namazın ona vacib olduğu yaşa çatdıqda əzbərlədiyi hissələri namazlarında oxuması üçün onu buna alışdırın. Fərqi yoxdur istər fərz namazı, istərsə də nafilə namazlar.

7. Əzbərlədiyi hissələrə maqnitofon və yaxud kompüterdə qulaq asması üçün onu buna alışdırın. Bu cür etməkdə məqsəd budur ki, o həm gözəl tələffüz, həm də gözəl Quran qiraətini dinləsin, təkrarlasın və öyrəndiklərini möhkəmləndirsin.

8. Əzbərləmək üçün uyğun vaxt seçin. Yəni, yayınma halları və diqqətsizliyin minimum olduğu vaxtlar. Məsələn, fəcr (sübh) namazından sonra və yaxud məğriblə işa namazı arasında. Ac, yorğun və yaxud yuxulu olduğu zaman məşğul olmayın.

9. Qonşular və qohumların yanında əzbərlədiyi hissələri söyləməsini xahiş edərək onu tərifləyin. Məqsəd onu təşviq etmək, həvəsləndirmək və digərlərini də eyni əməli etməyə ruhlandırmaqdır. Eyni zamanda göz dəymə və paxıllıqdan ehtiyat edərək onun üçün Allaha “sığınma” dualarını[1] oxuyun.

10. Həmçinin hər dəfə dəyişikliyə (fərqli yazılış formaları) yol vermədən eyni Müshəf (Quran) olmalıdır. Məqsəd budur ki, ayələrin quruluşu onun yaddaşında həkk olunsun.

11. Həmçinin, əzbərlədiklərini yazmasını təşviq edin. Bundan məqsəd isə əzbərlədiklərini möhkəmlədirməklə birlikdə necə yazmağı öryənməyi eyni zamanda cəm etməkdir.

Müvəffəq edən Allahdır.
http://islam-qa.com/en/ref/32436

 

 


[1](Qurani-Kərimin axırıncı 3 surəsi-İxlas, Fələq, Nəs.