Azyaşlı, kiçik qız uşaqlarına qısa paltarlar geydirmək


Sual: Bəzi qadınlar-Allah onları doğru yola yönəltsin-kiçik qız övladlarına qısa paltarlar geydirirlər və baldırları görünür. Biz bu cür analara bunu etməmələrini nəsihət etdikdə cavabları bu olur ki, “Biz də bu cür geyinirdik və böyüdükdə bunun bizə heç bir təsiri, zərəri olmadı”. Bu barədə sizin rəyinizi bilmək istərdik.

Cavab:

Həmd Allaha məxsusdur.

Mənim rəyim budur ki, bir ata və ya ana qızına bu cür paltarlar geyməyə izn verməməlidir. Çünki əgər kiçik yaşlarından bu cür paltarlar geyinməyə alışarsa, yaşa dolduqca bu cür geyinməyə davam edəcəkdir. Belə olduğu halda artıq onun üçün qısa paltar geyinmək heç də böyük bir problem kimi görülməyəcəkdir. Lakin kiçik yaşlarından abır-həyalı geyinməyə alışarsa yaşa dolduqda da bu cür həya paltarı geyməyə davam edəcək. Müsəlman bacılarıma yerinə yetirmələri üçün bunu nəsihət edirəm ki, dinimizin düşmənləri olan xaricilərin (kafirlərin) geyimini övladlarına geyindirməyi tərk etsinlər və qızlarına bədənlərini örtən geyimlər geydirsinlər və onları “həya imandandır” ideyasını əsas tutaraq (tərbiyə etsinlər).

Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, Dəvət Dərgisi, 1709-cu say, səh.35