Uşaqların lazımınca İslami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri

Sual: Qərb ölkələrində gənclər arasında müşahidə olunan çox geniş yayılmış problemlərdən biri budur ki, valideynlər övladlarına müəyyən qədər harama dalmalarına izn verirlər və elə fikirləşirlər ki, bu cür etməklə övladlarının daha böyük haram işləməsinin qarşısını almış olacaqlar. Məsələn, valideynləri uşaqlarının musiqiyə qulaq asmasına icazə verirlər və düşünürlər ki, bu cür etməklə uşaqlarının pis insanlar ilə oturub-durmasının və yaxud evi birdəfəlik tərk etmələrinin qarşısını alacaqlar. Valideynləri qorxur ki, əgər onlar Allahın şəriətini evlərində tətbiq etsələr uşaqları şəriəti tərk edəcəklər, bundan qaçacaqlar. Bu cür güzəşt etmək barədə şəriətin hökmü nədir? Bəzi valideynlər həmçinin deyirlər ki, onların üzərinə düşən yeganə vəzifə bir şeyin haram olduğunu uşaqlarına bildirməkdir və sonra övladları özləri üçün seçim edəcəklər, çünki artıq onlar həmin vaxt gənc yeniyetmə (yəni, 13-18 yaş həddində və yaxud subay, evdə yaşayırlar) olacaqlar. Məgər valideynlər hər bir yolla haramı qadağan etməli deyilmi? Və yaxud sadəcə bir şeyin haram olduğunu söyləyib onları özləri ilə baş-başa buraxmalıdırlar? Haramdan çəkindirməkdə valideynlər hansı həddə qədər bunu etməlidirlər? Valideynlər həmçinin düşünür ki, övladları həddi-büluğ yaşına çatdıqda, valideynlər artıq övladlarının günahlarına və ya əməllərinə görə məsuliyyət daşımayacaqlar və odur ki, uşaqlarına bir şeyin haram olduğunu söyləyib onları özlərinə tərk etsələr buna görə onlara günah yazılmır. Onların bu fikirləri doğrudurmu? Və ya övladlarını haramdan hər zaman çəkindirməkdən valideynlər məsuliyyət daşıyırmı? Övladlarının haram bir iş etdiklərini görüb onlara məsləhət verdikdən sonra onları başı başına buraxdıqda buna görə cavabdeh tutulacaqlarımı?

Cavab:

Həmd Allaha məxsusdur.

Əvvəla: Övladların tərbiyəsində bir müsəlman valideynlərin müvəffəq olub-olmaması bir sıra müxtəlif amillərdən asılıdır. Və şübhəsiz ki, bu amillərdən biri də övladların böyüyüb-başa çatdığı mühitdir. Bu mühit tərbiyənin uğurlu olub-olmaması ilə birbaşa əlaqəlidir və mühüm rol oynayır.

İkincisi: Valideynlər dərk etməlidirlər ki, Allah Təala övladları üzərində onlara cavabdehlik, məsuliyyət yükü vermişdir və onlar da bu əmanəti Allah Təalanın Qurani Kərimdə bildirdiyi qaydada yerinə yetirməlidirlər. Eləcə də, bir çox hədislərdə Peyğəmbərin Sünnəsi də bunu bir daha vurğulayır. Şəriət mətnləri həmçinin öz əhli-əyalının qayğısına səmimi-qəlbdən qalmayan və Allahın onlara əmanət olaraq verdiyi bu əmanətə biganə qalıb laqeyd yanaşan kəsləri xəbərdar edir.

Maqil ibn Yasar əl-Muzəninin belə söylədiyi rəvayət olunur: Mən Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: “Allah Təala bir kəsi digərlərindən cavabdeh tutarsa (onlar üzərində əmr sahibi edərsə) və həmin insan rəiyyəti altında olanlara qarşı qeyri-səmimi davranaraq (öyüd-nəsihət etməyərək) vəfat edərsə, Allah cənnəti ona haram edər.

Digər bir rəvayətdə isə belə deyilir: “…və onlara qarşı qeyri-səmimi davranarsa (öyüd-nəsihət etməzsə), cənnətin qoxusunu duymaz.” Buxari (6731) və Müslim (142)

Üçüncü:

Uşaqlarına görə məsuliyyət daşıyan tərəflərə Allah təala əmr edir ki, hələ kiçik yaşlarından övladlarını Allaha itaət etmək və islamı sevmək tərbiyəsi ilə böyütsünlər. “Həddi-büluğ yaşına çatmadığından hələ uşaqlar məsuliyyət daşımırlar”, fikri doğru olsa da, müsəlman bir kəs uşaqlarına dini öyrətmək, onlara yol göstərmək, istiqamətləndirmək və onlara Allah itaət etmələrini söyləmək üçün onların həddi-büluğ yaşına çatmasını gözləməməlidir. Çünki, əksər hallarda həmin yaş dövrünə (həddi-büluğ) vardıqda, əvvəlcədən islami tərbiyə ilə böyüyüb başa çatmayıbsa və hələ erkən yaşlarından ailələrində din barədə öyrənməyiblərsə, nəticə etibarilə övladlar islam dəvətinə cavab vermirlər. Bu səbəbdəndir ki, valideynlərə əmr olunur ki, övladları yeddi yaşına vardıqda onlara namaz qılmağı əmr etsinlər və on yaşına varıb namaz qılmadıqda isə şəriət ədəbləndirmək məqsədilə onları yüngülcə vurmağı buyurur. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əshabələri övladları hələ kiçik ikən onları oruc tutmağa alışdırırdı ki, onlar islamı və şəriəti sevməyə alışsınlar. Bundan məqsəd isə budur ki, uşaqlar böyüyüb başa çatdıqda şəriətin əmrlərinə tabe olmaq və qadağalardan uzaq durmaq onlar üçün asan olsun.


Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Yeddi yaşına vardıqda uşaqlarınıza namaz öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın” Əbu Davud (495), Əlbani “Səhih Əbi Davud”da hədisi səhih olaraq təsnif edib.

Əl-Rubeyyi bint Muavviz ibn Afranın belə söylədiyi rəvayət olunur: “Aşura sabahı Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Mədinənin həndəvərindəki Ənsar kəndlərinə xəbər göndərdi. Xəbərdə deyilirdi: “Kim gününü oruc tutmaqla başlayıbsa, qoy orucunu tamamlasın, kim gününə oruc tutmayaraq başlayıbsa, elə isə qoy günün qalan hissəsini (yemək yemədən) tamamlasın.”

Bundan sonra biz həmin günü oruc tutardıq və uşaqlarımıza, hətta kiçik uşaqlarımıza da oruc tutdurardıq. Biz onlar üçün yundan oyuncaqlar düzəldərdik və uşaqlardan hansısa yemək üçün ağladıqda, həmin oyuncağı uşağa verərdik ki, orucu açmaq üçün vaxt yetişənə qədər (başı qarışsın).”

Buxari (1960) və Müslim (1136)

Valideynlər uşaqlarına ibadətləri yerinə yetirmək üçün onları bu ruhda böyütdüyü kimi, eləcə də onları haram işlərdən çəkindirməlidirlər. Əgər övlad ibadəti yerinə yetirirsə bunun savabı onun özünə və ona bu əməli öyrədib ibadətlərə qarşı ondan rəğbət hissi oyadan kəsə də çatır. Asilik və yaxud günah əməlləri işləmək məsələsində isə, kiçik uşağa günah yazılmır, əksinə onu bunu etməyə imkan yaradan və bu günahı işləməkdə onun üçün qapıları açıb bunları bağlamayana günah yazılır. Uşağa günah etməyi söyləyən kəsin halında isə, onun qazandığı günah bu əməli edənin günahı kimi eynidir.

Ona görə də, əgər bir müsəlman övladlarını Allaha itaət etmək, Allahın və Onun Rəsulunun qadağan etdiklərindən çəkinmək ruhunda tərbiyə edirsə, burada heç bir ifrata varmaqdan söz gedə bilməz. Bu qadağalara bunlar aid ola bilər: oğlan uşaqlarının qızıl və yaxud ipək geyməsi və ya qız uşaqlarının kişi paltarı geyməsi və yaxud yalan danışmaq, oğurluq etmək, söyüş söymək və digər günahlar. Eynilə, əgər bir müsəlman kişi qızına həyalı-abırlı, iffətli, namuslu olmaq və qarşı cins ilə qarışmamaq ruhunda böyüdürsə, bunda da şişirdiləcək bir şey yoxdur. Çünki, insan gənc çağlarından bir şeyi etməyə alışırsa, qorxulur ki, o bunu etməyə davam edəcəkdir.

İbn əl-Qeyyim Allah ona rəhmət etsin demişdir:
Baxmayaraq ki, uşaq (kiçik yaşında) mükəlləf deyil, onun vəlisi (himayədarı, qəyyumu) ona görə məsuliyyət daşıyır və övladının haram bir iş görməsinə imkan verməsi icazəli deyil, çünki əks halda uşaq buna alışacaq və nəticədə uşağı bundan uzaqlaşdırmaq çətin olacaqdır.
Tuhfat əl-Məvdud bi Əhkam əl-Məvlud (səh.162)

Həmçinin İbn əl-Qeyyim, Allah ona rəhmət etsin, demişdir: Uşağına fayda verəcək məsələləri öyrətməkdə laqeyd davranan və onu başlı başına buraxan kəs çox pis bir əməl işləmişdir. Uşaqların əksəriyyətinin yolunu azması, korlanması valideyinlərinin ucabtından və uşaqlarına qarşı laqeyd yanaşmalarından irəli gəlir. Çünki valideynlər övladlarına şəriətdə buyurulan fərzləri və sünnətləri öyrətməkdə etinasız yanaşırlar. Odur ki, kiçik ikən uşaqlarına qarşı laqeyd mövqe tutduqlarından, nəticədə uşaqlar nə özlərinə fayda vermək iqtidarında olur, nə də valideynləri yaşa dolduqda onlara fayda verə bilirlər.

Tuhfat əl-Məvdud, səh.229

Daimi Heyətin alimlərinə belə bir sual ilə müraciət edirlər:
Sualım kiçik övladlarım barədədir. Uşaqlarıma islamda geyim ədəbini öyrədib, kick qızlarıma islamda icazə verilən paltarlar geyindirimmi, yoxsa bu dində həddi aşmaq sayılır? Əgər bu cür etmək doğrudursa, bu barədə Quran və Sünnədən dəlil nədir?

Cavab: Qızlarınıza gen və bədəni örtən paltar geyindirmək və onları bu cür geyinməyə kiçik yaşlarından alışdırmaq barədə qeyd etdiklərinizə gəldikdə, bunlar heç də dində həddini aşmaq deyil. Əksinə, onlara İslami tərbiyə verməklə siz doğru addım atmısınız, haqq yolundasınız.

Şeyx Abd əl-Əziz ibn Bəz
Şeyx Abd ər-Rəzzaq əl-Əfifi
Şeyx Abdullah ibn Ğüdeyyan
Daimi Heyətin Fətvaları (25/285, 286)

Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin, (Allah ona rəhmət etsin), özünün “Məcmuəh Əsiləh Tuhimm əl-Usrəh əl-Musliməh” adlı kitabında demişdir:Elm əhli bildirir ki, böyüklərə geyinilməsi haram olan paltarları uşaqlara geyindirmək eynilə haramdır. Üzərində şəkil (canlı surət) olan paltarları geymək böyüklərə haramdır, odur ki, bunu geyinmək eynilə uşaqlara da haramdır.

Müsəlmanların üzərinə düşən vəzifə bu cür geyimləri və ayaqqabıları boykot etməkdir ki, o kəslər ki, fitnə-fəsad, şər və pozqunluq yaymaq istəyirlər, bu cür vasitərlə ilə bizə çatmağa (yetişməyə) imkanları olmasın. Əgər onlar (bu cür haram geyimlər) boykot edilərsə, heç bir zaman bunları bu ölkəyə gətirməyə onlar imkan tapa bilməyəcəklər.

Bundan sonra şeyxə növbəti sualı verirlər:
Qızıl və ipək və s. kimi yalnız qadınlara məxsus geyimləri oğlan uşaqları geyə bilərmi və yaxud əksinə?

Cavab: Bu sualın cavabı birinci sualın cavabında qeyd olunub. Mən bildirdim ki, elm əhli bildirir ki, böyüklərə geyinilməsi haram olan patlarlar eynilə kiçiklərə də haramdır. Buna əsaslanaraq deyirik ki, yalnız qadınlara məxsus geyimlərin kiçik oğlan uşaqlarının geyinməsi haramdır və yaxud əksinə (yəni, yalnız kişilərə məxsus geyimlərin kiçik qız uşaqlarının geyinməsi də haramdır)

Bundan sonra növbəti sualı verirlər:

Bura isbal da (yəni, oğlan uşaqlarının paltarının topuqdan aşağı düşməsi) aiddirmi?

Cavab:
Bəli, aiddir. Sitatın sonu

Abunə sistemi

Fətvalara abunə ol

Sayğac sistemi

mod_vvisit_counterBu gün:557
mod_vvisit_counterDünən708
mod_vvisit_counterBu həftə2604
mod_vvisit_counterBu ay12160
mod_vvisit_counterCəmi58855

Hazırda saytda: 23
Bu gün:22 Fevral , 2012

Statistika

İstifadəçilərin sayı : 58
Fətvaların sayı : 975
Fətvalara baxış sayı : 105084
Web Links : 6