Kiçik uşaqlarımın övrət yerlərini bir-birinə göstərməsinin qarşısını necə alım?

Sual: Mən çox qəm-qüssəli bir atayam. İki kiçik uşaqlarım (biri 7 yaşlı oğlan, digəri 5 yaşlı qız) bir-birinə cinsi orqanlarını göstərərkən tutmuşam. Şok içində onları möhkəm döydüm. Lakin bilmirəm ki, etdiyim bu əməl nə dərəcədə doğrudur. İki uşağım məndən uzaqlaşıblar və yalnız anaları ilə danışırlar, bununla belə onunla da nadir hallarda danışırlar. Hər ikimiz dilxoruq, narahatlıq keçiririk. Bu vəziyyətdən çıxmaqdan ən yaxşı yol hansıdır? Sizin köməyinizə və məsləhətinizə ehtiyacımız var.

Cavab:

Həmd Allaha məxsusdur.

Bir ata üçün ən mühüm məsələ öz uşaqlarının səhvlərini ən hikmətli, dərrakəli və tarazlı tərzdə həll etməkdir. Ata-ana ehtiyatlı olmalıdır ki, uşaqların buraxdıqları səhvləri düzəltməkdə onların güclü istəyi onların daha da böyük səhvlər etməsi ilə nəticələnməsin.

Bu yaşda uşaqlar ola bilsin ki, bu cür əməllərin fəsadlarını dərk etmirlər, bunun şüurunda deyirlər. Bu cür şeylərə, əməllərə onları sürükləyən adətən televizorda müəyyən şeyləri görmələri, müşahidə etmələridir. Ona görə də, onların davranışının əslini, kökünü müəyyən etmək və uşaqların bu əməlləri haradan, hansı mənbələrdən öyrəndiyini aşkar emək üçün əlimizdən gələni əsirgəməməliyik. Onları qorumağa, mühafizə etməyə və bu cür şeylərin mövcud olduğu mənbələrdən, yerlərdən uzaq tutmağa çalışmalıyıq.

Sizin uşaqlarınızda olan bu cür şüur etmə, dərrakə çox güman ki, bir müddət sonra yoxa çıxacaqdır. Xüsusilə də, siz onlarla yumşaq davransanız, rəftar etsəniz və onlara nəvaziş göstərməklə və sevgi ilə yanaşsanız bu tezliklə həll olunacaqdır.

Şeyx Muhəmməd əl-Düveyş

Peyğəmbərimizin sallallahu aleyhi və səlləm aşağıdakı hədisinə diqqət yetirməyi unutmayın. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir:
“…Onların çarpayısını ayırın” (Əbu Davud rəvayət etmişdir və Şeyx Albani hədisi səhih olaraq təsnif etmişdir. Baxın: Səhih Sünən Əbi Davud, 1/97

Çalışın onlara bu əməlin necə pis, xoşagəlməz, iyrənc əməl olduğunu başa salasınız və onlara bildirin ki, bu əməl şeytanın xoşladığı bir əməldir. Allah təala buyurur: “Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər”. (Əl-Əraf 7:27)

Rəvayət olunur ki, Bəhz ibn Hakim deyir ki, atam mənə atasından rəvayət edərək demişdir ki, atası demişdir: “Mən dedim: Ey Allahın rəsulu, bizim övrətimiz ilə bağlı nə buyurursan? O dedi: “Övrətini həyat yoldaşın və sağ əlinin sahib olduqları istisna olmaqla, hər kəsdən gizlət”. O dedi: “Bir kişi ilə digər kişiyə (övrət yerlərini zahir etmələrinə, göstərmələrinə) nə deyirsən? O dedi: “Əgər heç kəsin onu görməməsini bacarırsansa, bu cür et. Mən dedim: “Bəs bir kəs tək özü olduğu halda necə? O dedi: Qarşısında həyalı olmağa daha çox layiq olan Allahdır”. (Əbu Davud rəvayət etmişdir. Şeyx Albani hədisi həsən olaraq təsnif etmişdir). Bax: Səhih Sünən Əbi Davud, N 3391)

Onlara başa salın ki, bu iyrənc bir əməldir. Bu əməli əxlaqsız və pis insanlar edir. Allah onlara nifrət edir.

Allah sizin uşaqlarınızı salehlərdən, yaxşılardan etsin.

Allahın salamı peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm üzərinə olsun.

http://islam-qa.com/en/ref/9909