Tez hirslənən uşağın öhdəsindən necə gəlim?

Sual: Mənim tez özündən çıxan, qəzəblənən bir oğlum var. Onun bu xasiyyətinin öhdəsindən necə gələ bilərəm?

Cavab: Həmd Allaha məxsusdur.

Qəzəbin öhdəsindən gəlmək vasitələr aşağıdakılardır:
• Lənətə gəlmiş şeytandan Allaha pənah aparmaq, sığınmaq

• Sükutu təmin etmək

• Sakitləşmək; ayaq üstə durmusunuzsa oturun, oturmusunuzsa uzanın.

• Qəzəbi boğduğuna görə bunu üçün verilən savabı xatırlamaq, necə ki səhih hədisdə deyilir: “Hirslənmə və cənnət sənin olar”.
• Özünü ələ alanın yüksək məqamını düşünmək. Necə ki, səhih hədisdə deyilir: “Kim qəzəbini boğarsa, Allah onun nöqsanlarını, yanlışlarını örtər. Kim hiddətini boğarsa Allah onun qəlbini qiyamət günü ümid ilə doldurar”. (Şeyx Albani “əl-Silsilə əl-Səhihə 906; hədisi həsən olaraq təsnif etmişdir).

• Qəzəb, hiddət ilə bağlı peyğəmbərimizin sallallahu aleyhi və səlləm təlimlərini, öyrətdiklərini öyrənmək
• Qəzəbi boğmağın təqvanın əlamətlərindən olduğunu düşünmək. Necə ki, bu məna yuxarıdakı hədisdə qeyd olunmuşdur.

• Nəsihət ediləndə nəsihətə qulaq asmaq, özünü ələ almaq və məsləhətə tabe olmaq

• Qəzəbdən doğacaq mənfi təsirləri fikirləşmək

• Qəzəb anında insanın nə hala, vəziyyətə düşdüyünü düşünmək
• Allaha dua etmək ki, O qəzəbli insanın qəlbindən incikliyi uzaqlaşdırsın

Qeyd etdiyiniz uşaq ilə əlaqədar sizə nəfis, gözəl bir qissəni diqqətinizə çatdırırıq.

Bir oğlan uşağı olur və həmişə özündən tez çıxır. Atası ona bir çanta mismar verir və deyir: “Ey oğlum, istəyirəm ki, qəzəbləndikdə qəzəbini başqa bir şeyə istiqamətləndirmək və qəzəbini soyutmaq üçün hər dəfə bağımızın darvazasına çəkiclə bir mismar vurasan.

Beləcə oğul atasının məsləhətinə qulaq asır. Birinci gün darvazaya 37 mismar vurur, lakin mismarları darvazaya vurmaq heç də asan olmur, beləcə oğlan hirslənəndə özünü ələ almağa başlayır. Günlər keçdikcə, o daha az mismar vurur və bir neçə həftə ərzində özünü ələ almağa nail olur, qəzəbin qarşısını ala bilir və artıq mismar vurmur. Atasının yanına gəlir və nail olduqlarını atasına danışır. Atası oğlunun əldə etdiyi səylərə görə özünü şad hiss edir və deyir: “İndi isə oğlum, qəzəblənmədiyin hər bir günə görə mismarları çıxarmalısan”.
Oğul qəzəbli olmadığı hər bir günə görə mismarları çıxarmağa başlayır, o vaxta qədər ki, buna davam edir, darvazada mismar qalmır.
Atasının yanına gəlir və nail olduqlarını atasına danışır. Atası onu darvazanın yanına gətirir və deyir: “Mənim oğlum, maşallah olsun sənə, lakin darvazadakı bu deşiklərə bax. Bu darvaza bir daha əvvəlki kimi eyni vəziyyətinə qayıtmayacaq”. Sonra əlavə etdi: “Sən qəzəbli anında sözlər söyləyərkən, onlar bu deşiklər kimi insanların qəlbində xallar, izlər buraxır. Bir insana bıçaq soxub, sonra çıxarda bilərsən, lakin sənin neçə dəfə “Bağışlayın” söyləməyin fərq etməz, çünki yara qalacaqdır.

http://islam-qa.com/en/ref/21357