Övladlarımın saleh olması üçün onları necə tərbiyə edim?

Sual: Uşaqlarımı tərbiyəsi məsələsində və onları islah etməkdə çətinlik çəkirəm, çox vaxt hirslənirəm və onları döyürəm. Bu xüsus ilə əlaqədar mənə nəsihət verəcəyinizi, həmçinin mütaliə etmək üçün faydalı kitabları tövsiyə edəcəyinizi ümid edirəm

Cavab: Həmd Allaha məxsusdur.

Uşaqları tərbiyə etmək valideynlərin üzərinə düşən, onlardan tələb olunan vacib əməllərdən biridir. Allah təala Qurani Kərimdə və həmçinin Allah Rəsulu sallallahu aleyhi və səlləm bunu əmr etmişdir.

Allah təala (mənaca tərcümədə) buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır”. (əl-Təhrim 66:6)

İmam əl-Təbəri bu ayənin təfsirində demişdir:

Burada Allah təala buyurur: “Ey Allaha və Onun Rəsuluna iman edənlər, “Özünüzü qoruyun”, yəni, o şeyləri bir-birinizə öyrədin ki, ona əməl edənlər cəhənnəmdən xilas olacaq və bu əməllər onları cəhənnəm odundan uzaq edəcəkdir, cəhənnəmdən dəf edəcəkdir, lakin bu əməllər Allaha itaət etmək üçün yerinə yetirilməli və buna əməl edənlər də Allaha itaət etmək niyyəti ilə bu əmələri yerinə yetirməlidirlər. “Ailənizi oddan qoruyun” ayəsinin mənası budur ki, Allaha itatət etmək üçün ailələrinizə o əməlləri öyrədin ki, onlar özlərini Cəhənnəmdən qoruya bilsinlər. (Təfsir əl-Təbəri, 18/165)

Əl-Qurtubi deyir:

Muqatil demişdir: Bu, özü, övladları, ailəsi, kişi və qadın qulları qarşısında onun üzərinə düşən vəzifədir.

İlkiya demişdir: Biz övladlarımıza və ailələrimizə (əhli beytimizə) dini və xeyiri, ədəb üçün zəruri olan şeyləri öyrətməliyik. Bu Allah təalanın kəliməsidir: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir”. (Ta-Ha 20:132)

Həmçinin Allah təala Peyğəmbərə sallallahu aleyhi və səlləm demişdir:
“Ən yaxın qohumlarını qorxut!” (əl-Şuəra 26:214)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Yeddi yaşına vardıqda uşaqlarınıza namaz qılmağı əmr edin. On yaşına vardıqda onları (islah etmək məqsədilə) vurun (şappıldatmaqla) və yataqlarını ayırın”. (Təfsir əl-Qurtubi 18:196)

Müsəlman-hər hansı bir müsəlman-Allaha çağıran dəvətçidir. Ona görə də, ilk dəvət edəcəyi insanlar ona yaxın olan uşaqları və ailəsi olmalıdır. Allah təala Öz Rəsuluna sallallahu aleyhi və səlləm insanları Onun yoluna dəvət etməyi buyurarkən demişdir: “Ən yaxın qohumlarını qorxut” (əl-Şuəra 26:124)

Çünki, insanlar içərisində xeyir verilməyə və rəhm olunmağa, yaxşılıq edilməyə layiq ilk insanlar onlardır.

Allah Rəsulu sallallahu aleyhi və səlləm uşaqlara qarşı məsuliyyətli olmağı, buna riayət etməyi vaideynlərə vacib etmiş və onların bundan məsul tutmuşdur.

Rəvayət olunur ki, Abdullah ibn Ömər radiyallahu anhu demişdir: “Mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Hər biriniz çobansınız və hər biriniz öz tayfasına (qohum, camaat və s.) görə məsuliyyətlidir. Əmir öz tayfasının çobanıdır və onlara görə məsuliyyətlidir. Kişi öz ailəsinin çobanıdır və onlara görə məsuliyyətlidir. Qadın ərinin evinin və uşaqlarının çobanıdır və onlara görə məsuliyyətlidir. Hər biriniz çobansınız və hər biriniz öz tayfasına görə məsuliyyətlidir”. (Səhih Buxari, 7138, Səhih Mülsim, 1829)

Sizin üzərinizə düşən məsuliyyət hissinin bir parçası gənc yaşlarından onları Allah və Onun Rəsulunu sallallahu aleyhi və səlləm sevmək və İslamın təlimlərini sevmək üçün bu tərbiyə ilə yetişdirməkdir. Onlara Allahın Cənnəti və Cəhənnəmi olduğunu, Cəhənnəmin çox isti olduğunu və yanacağının isə insanladan və daşlardan olduğunu söyləyin. Aşağıdakı əhvalatda mühüm ibrətlər var.

İbn əl-Cevzi deyir:
“Bir şah olur və onun qız övladından başqa heç bir uşağı olmur. Qızını çox sevir və ona bütün növ əyləncələrdən ləzzət almağa icazə verir.Bu cür uzun müddət davam edir. Şahdan başqa orada bir abid yaşayır və bir gecə Quran oxuyarkən səsini ucaldır: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır” (Təhrim 66:6). Qız bu ayəni eşidir və qulluqçulara deyir: “Saxlayın!” Lakin onlar durmurlar. Qız əlləri ilə yaxalağından tutur və paltarını parça-parça edir. Qulluqçular onun atasının yanına gedir və əhvalatı ona danışırlar. Atası qızının yanına gedir: “Mənim əzizim, bu gecə sənin başına nə gəlmişdir? Səni ağlamağa vadar edən nədir?” deyərək onun qucaqlayır. Qızı deyir: “Səni Allaha and verirəm, ey atam, mənə söylə, Allahın yanacağı insanlardan və daşlardan olan Odu varmı?” Atası deyir: “Bəli”. Qızı ondan soruşur: “Sən nə üçün bunu mənə söyləməmisən? Allaha and olsun ki, yerimin Cənnət və Cəhənnəm olduğunu bilməyənə kimi artıq heç bir yaxşı yemək yeməyəcəm və heç bir yumşaq divanda yatmayacam”. (Safvat əl-Safva 4/437-438)

Uşaqlarınızı əxlaqsızlıq və zəlalət yuvalarından uzaq tutmalısınız; onların televizordakı xəbis şeylər ilə tərbiyə olunmasına qəti olaraq izn verməyin, bununla baş-başa tərk edib, sonra da onların saleh olmalarını gözləməyin!

Çünki tikan əkən kəs üzüm məhsulunu əldə etməyi gözləyə bilməz. Bütün bunlar gənc olarkən onlara aşınmalıdır ki, böyüyəndə onlar üçün asan olsun və bu tərbiyədən sonra artıq onlar buna öyrəşəcəklər və onlara əmr olunan və qadağan olunan məsələləri söyləmək sizin üçün də asan olacaqdır, öz növbəsində sizə itaət etmək onlar üçün çətin olmayacaqdır.

Rəvayət olunur ki, Əbu Hüreyra radiyallahu anhu demişdir: “Yeddi yaşına vardıqda uşaqlarınıza namaz qılmağı əmr edin. On yaşına vardıqda onları (islah etmək məqsədilə) vurun (şappıldatmaqla) və yataqlarını ayırın”. (Əbu Davud 495; Şeyx Albani “Səhih əl-Cami 5868” əsərində hədisi səhih olaraq təsnif etmişdir).

Bütün bunlara baxmayaraq tərbiyəçi, rəhmli, təmkinli, yumşaqürəki və asanlaşdıran olmalı, söyüş söyən, biədəb və yaxud etinasız olmamalı, ən yaxşı tərzdə onlar ilə mücadilə etməlidir. “Uşaq qəsdən, bilərəkdən atasının əmrlərinə qarşı asilik edirsə və rədd edirsə, ata haqqına qarşı laqeyd yanaşırsa və haram işlər görürsə”, bu halda ona qarşı sərt islahedici üsullardan isifadə etmək daha yaxşıdır, lakin bir şərtlə ki, ona heç bir xətər yetirilməməlidir. Uşaqlarında bu cür münkər əməllər sadir olmazsa, onları təhqir etmək, məzəmmət etmək və döyməkdən uzaq olmalıdır, onlara qarşı bəhanə axtarmalı deyil.

Əl-Minavi demişdir: Bəsirət, həddi-büluğ yaşına çatdıqda atanın uşağını ədəbləndirməsi budur ki, ata övladını saleh möminlərin sifətləri, vəsfləri ilə onu tərbiyə etməli və münkər əməllər işləyənlərə qarışmaqdan onu qorumalıdır; övladına Quran, gözəl rəftar və Ərəb dilini öyrətməli, Sünnəni və Sələfin sözlərini ona danışmalı (qulaq asdırmalı), onun üçün zəruri olan dini əmrləri öyrətməlidir. Namaz qılmırsa ilk öncə onu xəbərdar etməli, dinləməzsə ona qulaqburması verməlidir. Bu ata üçün bir “sa ” sədəqə verməkdən daha yaxşıdır, çünki övladını lazımınca öyrədərsə, onun əməlləri atasının davam edən sədəqələrinin arasında olacaqdır, halbuki bir “sa”yın sədəqəsi məhduddur, lakin nə qədər ki, övladı yaşayır bu sədəqə davam edəcəkdir. Tərbiyə ruhun qidasıdır və ruhu Axirətə hazırlamaqdır. “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (əl-Təhrim 66:6)

Özünüzü və ailənizi oddan qorumaq, onlara cəhənnəmi xatırlatmaqdır. Tərbiyənin əhatə dairəsinə moizə vermək, xəbərdarlıq, təhdid etmək, ədəbləndirmək, içəri həbs etmək, vermək və onlara qarşı gözəl davranmaq daxildir. Yaxşı və mərifətli insanı tərbiyə etmək, kərih və alçaq insanı tərbiyə etməkdən fərqlidir. (Fəyz əl-Qadir 5/257)

Qulaqburması vermək, ədəbləndirmək uşağı islah etmək üçün vasitələrdən biridir; bu özü-özlüyündə tələb olunan bir şey deyil, daha doğrusu bu üsula uşaq dikbaş və asi olduğu zaman müraciət olunur.

İslam dinində cəzalandırma sistemi və bir çox cəzalar var. Məsələn, zina, oğurluq, iftira və s. üçün hədd cəzaları. Bütün bunlar insanların doğru olması və münkər əməllərinə son qoyması üçün əmr olunmuşdur.

İbn Abbasdan radiyallahu anhu rəvayət olunur ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Qamçını ailə üzvlərinin görəcəyi yerdən as, çünki bu onları ədəbləndirir”

Təbərani 10/248; Heysəmi “Məcmə əl-Zəvaid 8/106” əsərində hədisin isnadını həsən olaraq təsnif etmişdir. Şeyx Albani “Səhih əl-Cami 4022” əsərində hədisin həsən olduğunu bildirmişdir.

Nəticə etibarilə, uşaqları tərbiyə edərkən “təşviq etməklə təhdid etmək arasında” bir tarazlıq olmalıdır. Bütün bunlardan ən mühüm məsələ uşaqlar üçün gözəl mühitin təmin olunması, bu məqsədlə məsələn onların istiqamət, hidayət, doğru yolda olması üçün münasib vasitələrin təmin olunmasıdır: yəni, onları tərbiyəçiləri, eləcə də valideynləri dindar olmalıdır.

Uşaqlarının tərbiyəsinə müvəffəq olmaqda üsullardan biri dərslər, Quran, alimlərin xütbələri və dərslərinə qulaq asmaq üçün kasset oxudan pleyerlərdən və .s istifadə etməkdir. Çünki, bu cür vasitələr çoxdur.

Uşaqların tərbiyə olunmasına dair kitab məsələsinə gəldikdə, sizə aşağıdakı kitabları tövsiyə edirik:

“Tərbiyət əl-Ətfal fi Rihəb əl-İslam” Muhəmməd Həmid əl-Nəsir və Xəulə Abdulqadir Dərviş

“Keyfə yurəbbi əl-Muslim vələdəhu” (Müsəlman övladını necə tərbiyə etməlidir) Muhəmməd Said əl-Mövləvi

“Tərbiyət əl-Əbnə fil İslam” (İslamda uşaq tərbiyəsi)Muhəmməd Cəmil Zeyni

“Keyfə nurəbbi Ətfaalanə” (Uşaqlarımızı necə tərbiyə edək) Mahmud Mehdi əl-İstanbuli

“Məsuliyyət əl-Əbb əl-Müslim fi Tərbiyət əl-Vələd” (Uşaq tərbiyəsində müsəlman atanın məsuliyyəti) Adnan Bə Həris

Allah daha yaxşı bilir.