Qohumların telefon söhbətlərinə qulaq asmaq üçün səsyazan cihaz quraşdırmaq olar?

Sual: Mənim çox qardaş və bacılarım var. Ona görə də onları fitnə-fəsaddan qorumaq məqsədilə telefon söhbətlərini yazan cihazdan istifadə edirəm. Bu cür üsuldan istifadə barədə sizin rəyiniz nədir? Belə ki, keçmişdə bu cür üsul fitnə-fəsadın qarşısını almışdır. Nəzərə alın ki, onların bundan xəbəri yoxdur.

Cavab:

Həmd Allaha məxsusdur.

Bu sual Şeyx Muhəmməd ibn Üseyminə (Allah ona rəhmət etsin) verilmişdir və o belə cavab vermişdir:

Mənim rəyim budur ki, bu cəsusluqdan sayılır və heç kimə başqa birini güdməyə icazə verilmir. Çünki bir kəs haqqında zahirə görə mühakimə etməkdən başqa cür etməyə haqqımız yoxdur. İnsanları güdməyə başlasaq belə, bundan dolayı başımız çox ağrıyacaqdır və eşitdiklərimiz, gördüklərimizdən dolayı məyus olacağıq.

Belə ki, Allah təala: “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır” buyurduqdan sonra (Hucurat 49:12) “Bir-birinizi güdməyin” (Hucurat 49:12) buyurur.

Lakin, ev yiyəsi bu cür xəbis telefon zənglərinin əlamətlərini hiss edərsə, onların xəbəri olmadan səsyazan cihaz yerləşdirməkdə bir xəta yoxdur. Lakin o eyni zamanda orada nələrinsə davam etdiyini dərk edirsə, susaraq dinləməyə davam etməməlidir, əksinə onları yerindəcə töhmət etməlidir. Çünki o qulaq asmağa davam edərsə ola bilsin ki, elə bir şeylər eşitsin ki, bunlar onu daha da məyus etsin. Məsələn, o pis telefon söhbətlərinə rast gəlirsə, bunu edən kəsi dərhal töhmətləndirməli və növbəti günə saxlamamalıdır, elə başlanğıcdan bunun qarşısını almalıdır.
Bununla yanaşı, vəsvəsələrə əsaslanan mücərrəd şübhələrə gəldikdə, bu məqsədlə bu cür səsyazan cihaz yerləşdirmək olmaz.

Lakin həmin kəs vəziyyətin təhlükəli olduğunu və bunun həqiqətən də baş verdiyini bilirsə, o zaman baş verənləri araşdırmaq baxımından səsyazan cihaz quraşdıra bilər.

Fətəvə Əl-Liqa Əl-Şəhri, Şeyx Muhəmməd ibn Salih əl-Üseymin n.50

http://islam-qa.com/en/ref/13318