Təsfiyə var, amma Tərbiyə yox
Sual: Bu günlərdə elm tələbələri və alimlərin əleyhinə rəddiyələr dövr etməkdədir, görürük ki bu rəddiyyələrdə insanlar digərlərinin niyyətlərini ittiham edirlər. Sizin buna dair cavabınız və yaxud şərhiniz nədir?
Cavab: Demək istədiyim budur ki, onlar Allahdan qorxsunlar. Başqa nə deyim, müsəlman qardaşlarına münasibətdə Allahdan qorxmağı nəsihət edirəm və qəlblərini və niyyətlərini təmizləsinlər, saflaşdırsınlar və bir-birinə həsəd etməsinlər:
“Bir-birinizə həsəd etməyin və yaxud bir-birinizə nifrət etməyin, ey Allahın qulları qardaş olun”.
Necə ki, Allah-Təala əmr etmişdir, biz hər zaman demişik və təkrar etmişik ki, bu gün müsəlman aləminin problemi iki əsas prinsipdən uzaq düşmələridir. Onlardan birini, əlbəttə yerinə yetirirlər, digərinə gəldikdə isə heç yerinə yetirmirlər. Mənim lent yazılarımda və ya xütbələrimdə sözsüz ki, eşitmiş olarsınız, islah etmək Təsfiyə və Tərbiyə yolu ilə olur. Əminəm ki, bu barədə eşitmisiniz. Təsfiyədən söz gedirsə, müəyyən dərəcədə bu var, lakin müsəlman dünyasında tərbiyə mövcud deyil, bu da problemdir.
Görürsən ki, ən yaxşı və ən kamil əxlaq nümayiş etdirəcəklərini onlardan gözlədiyimiz em tələbəsi, bir də görürsən əldə etdikləri bir parça elm onlara qarşı dəstək olmağın əksinə onların əleyhinə dəlil (hüccət) olmuşdur. Elə isə həll yolu nədir? Allah Təbaraka və Təaladan başqa heç bir həll yolu yoxdur!
Bu iki prinsip:Təsfiyə və Tərbiyə əsasında hərəkət etməyə həris olan elm tələbələri ətraflarında olanları hələ erkən/gənc yaşlarından bu iki prinsip üzərində tərbiyə etməyə çalışmalıdırlar ki, böyüyəndə onlar doğru-dürüst elm, həmçinin doğru əxlaq üzərində tərbiyə almış olsunlar.
Təsfiyə vacibatına üz tutmuş və bundan bir parça əldə edən yeniyetmələrə gəldikdə, onların içərisində özlərini pis əxlaqdan təmizləyənləri tapmaq olduqca nadir haldır. Təəssüflər olsun ki, qısqanclıq, paxıllıq-Allaha sığınırıq bunlardan-bu günlərdə aydın və zahir olmuşdur, hətta bəzi kəslər xüsusilə seçilmişdirlər, o dərəcəyə çatır ki, mən bəzən Allah təalanın zahir, açıq-aydın kəliməsi ilə söyləyə məcbur qalıram və burada “zahir” deyərkən bunu ifadə edirəm:
“Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir”. (Ali-İmran 105)
Mən “zahir, açıq-aydın” söylədim, çünki ayədə yaxşılığı əmr edib pislikdən çəkindirməyə dair əmr yoxdur, lakin mən əminəm ki, Əbu Bəkr əs-Sıddıqın hədisindən xəbəriniz var. O radiyallahu anhu bu ayəni ayənin doğru mənasına zidd olaraq təvil edən bəzi kəsləri məzəmmət etdi və müsəlmanlara yaxşılığı əmr edib pislikdən çəkindirən hədisləri sitat gətirdi.
Silsilət əl-Huda vən Nur


