Qüdrətli Allah nə üçün var-dövləti uşaqlardan əvvəl zikr edir?
Sual: Quranda nə üçün var-dövlət həmişə uşaqlardan əvvəl zikr edilir, halbuki uşaqlar ataya onun var-dövlətindən daha dəyərlidir? Bunda hikmət nədir?
Cavab: Çünki sərvət, mal-dövlət haram edilmiş arzulara nail olmaqda insana kömək edir, mal-dövlətin fitnəsi daha böyükdür. Bunun əksi övladlar üçün doğrudur. Ola bilsin ki, insan uşaqları ilə imtahana çəkilə bilər və onların üzündən Allaha asi ola bilər, lakin var-dövlət səbəbilə yaranan fitnə daha çox və daha şərlidir.
Qüdrətli Allah buyurur:
“Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır”.[1]
وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُم بِالَّتِي تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَى
Həmçinin Allah-Təala buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır”.[2]
إِنَّمَاأَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ
Digər bir ayədə Allah-Təala buyurur: “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın!”.[3]
لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَاأَوْلَادُكُمْ عَن ذِكْرِ اللَّهِ
İslami fətvalar, cild 7, səh.105, Darussalam
[1] Səba, 37.
[2] ət-Təğabun,15.
[3] əl-Münafiqun,9.


