Nə üçün Sara kimi saleh və fəzilətli bir qadın Həcəri qısqanırdı?

Sual: Həcər (Allahın ona salamı olsun) İsmayılı dünyaya gətirdikdə Sara onu qısqanıbmı? Əgər belə edibsə, nə üçün Sara kimi alicənab xanım onu qısqanırdı? İbrahimin Həcər və İsmayılı səhraya göndərməsi barədə Allah-Təalanın əmrinə səbəb Saranın qısqanclığımı olmuşdur?

Cavab: Həmd Allaha məxsusdur

Bir qadının ərinin digər zövcələrinə qarşı qısqanclıq hissi olduqca təbiidir.  Bu, bir qadıda olub digərinin isə hiss etmədiyi bir şey deyil. Nəticə etibarilə qadın hüdudları aşmazsa və bu qısqanclıq hissi öz müsəlman bacısının qeybətini etmək və yaxud söz gəzdirmək və ya o biri zövcəni boşamasını tələb etmək və ya ona qarşı hiylə qurmaq və s. ona zülm etməsi ilə nəticələnməzsə--belə ki, bu Allah-Təalanın qadağan etdiyi əməllərdir- bu hissiyyata görə haqq-hesaba çəkilməyəcək.

Hafiz ibn Həcər, Allah ona rəhmət etsin:

“Əslində qısqanclıq təbiidir və bəzi qadınlarda olub digərlərində olmayan bir şey deyil, lakin burada qadın həddi aşarsa buna görə tənbeh olunmalıdır. Bu məsələdə təməl qayda Cabir ibn Atiq əl-Ənsarinin Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən rəvayət etdiyi hədisdir. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Qısqanclığın elə bir növü var ki, Allah onu sevir, elə bir növü də var ki, Allah onu sevmir. Allahın sevdiyi qısqanclıq şübhə üçün əsas olan qısqanclıq, sevmədiyi qısqanclıq isə şübhə üçün əsas olmayan qısqanclıqdır”.[1]

Beləcə həm kişi, həm də qadın tərəfdən olan qısqanclıq heç bir qadının bundan xali olmadığı insan təbiətinin bir hissəsidirsə, o zaman bu üzrlü hesab edilir. Əsas odur ki, qadın bu məsələdə həddi aşmasın və Allahın qadağan etdiyi sözləri danışmasın. Sələfin qadınların qısqancığı barədə sözləri bu cür başa düşülməlidir”.[2]

İbn Muflih Allah ona rəhmət etsin:

“ət-Təbəri və digər elm adamları demişlər: “Qadının qısqanclığına göz yummaq lazımdır və buna görə onlar cəzalandırılmamalıdır, çünki bu qadın təbiətinin bir hissəsidir”.[3]

Hafiz ibn Həcər (Allah ona rəhmət etsin ) Aişənin “ortaq zövcələrdən birinin qabını sındırmasından” bəhs edən hədisi şərh edərkən belə demişdir:
“Onlar-yəni, bu hədisi şərh edənlər deyirlər: “Bu, dəlalət edir ki, qısqanc qadın etdiyi hərəkətə görə hesaba çəkilməli deyil, çünki bu cür halda onun düşüncəsi qısqanclıqdan dolayı təhrik olunan güclü qəzəb səbəbindən pərdələnir.

Əbu Yala, Aişəyə istinadən (mərfu bir hədisdə) rəvayət edir: “Qısqanc qadın vadinin üstündən dibini göstərə bilməz”.[4]

Qadınların ən fəzilətlisindən sadir olan qısqanclıq hissindən heç kəs qaça bilməz və onlar (qadınlar) buna görə cavab verməyəcək, çünki qısqanclıq Allahın şəriətində həddin aşıldığı bir hərəkət deyil.

Saranın Həcərə görə qısqanclıq hissi də bu başlığa aiddir. Bir qadının öz ərinə digər qadını görmək istəmədiyini və onunla bir evdə yaşamaq istəmədiyini söyləməsi təkzibolunmaz bir şeydir. Elm adamları deyir ki, Həcəri və oğlunu aparan İbrahim (Allahın ona salamı olsun) özü olmuşdur, Sara ondan bu cür etməsini istəməmişdir.

Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) demişdir:

“Deyilənə görə, Sara olduqca qısqanc imiş, ona görə İbrahim (Allahın ona salamı olsun) İsmayılı və anasını Məkkəyə aparmışdı”.[5]

Həcərin sözləri də buna dəlalət edir: “Ey İbrahim, sən bizi heç bir insan və heç bir şeyin olmadığı bu vadidəmi qoyub gedəcəksən?” Həcər İbrahimdən (Allahın ona salamı olsun) bunu bir neçə dəfə soruşdu, lakin o cavab vermədi. Sonra Həcər soruşdu, “Allahmı sənə bu cür etməyi əmr etdi? O: “Bəli”-deyə cavab verdik. Həcər: “Elə isə O bizi tərk etməz”-deyə söylədi”[6].

İbn Abbasın (radiyallahu anhu) belə söylədiyi xəbər verilir: “İbrahim ilə zövcəsi arasında olacaq hadisələr oldu, o Həcər və İsmayıl ilə çıxdı, bir çuval su götürdü…”.[7]

İbn Abbasın “İbrahim ilə onun zövcəsi arasında olacaq hadisələr oldu” cümləsində “onun zövcəsi” dedikdə Sara nəzərdə tutulur və “olacaq hadisələr oldu” sözündən isə Həcər İsmayılı dünyaya gətirdikdə Saranın onu qısqanması idi”.[8]

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/en/ref/39686

Muhəmməd Saleh əl-Münəccid

 


[1] Şeyx əl-Albani “əl-İrva 7/80” əsərində hədisi həsən deyə təsnif edib.

[2] Fəth əl-Bari əsəri, 9/326.

[3] əl-Ədəb əş-Şəriyyə, 1/248.

[4] Fəth əl-Bari, 9/325.

[5] Fəth əl-Bari, 6/401.

[6] Buxari, 3184.

[7] Buxari, 3185.

[8] Fəth əl-Bari.