Cahillər fitnə barədə danışdıqda “fitnə artır”.
Sual: Bu iki vəziyyəti necə ayırd edə bilərik? Məzəmmət olunan susmaqla məzəmmət olunan danışmaq nə zaman fitnə sayılır? Bu ikisini necə ayırd edək?
Cavab: Fitnə barəsində elm adamlarından və bəsirət sahiblərindən başqası danışmamalıdır. Bu barədə danışmaq hər kəsin işi deyil. Cahil insan fitnə barəsində danışdıqda “fitnəni” artırır, lakin elm əhli fitnə barədə danışdıqda və buna aydınlıq gətirdikdə fitnə Allahın izni ilə sönür. Ona görə də, hər kəs fitnə barəsində danışmamalıdır, əksinə bu barədə danışan yeganə şəxslər elm əhli və bəsirət əhlidir. O kəslər ki, haqqı batildən ayıra bilir, danışıq tərzini bilirlər. Fitnəyə baş vurub bu barədə danışmaq, fətva vermək, filan və filan şey söyləmək hər kəsin işi deyil.


