Sələfilər kimlərdir?

Sual: Mən sələf barədə eşidirəm. Onlar kimlərdir hörmətli şeyx?

Cavab: Sələf sözünün mənası “əvvəl gələnlər” deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün “sələf” sayılır. Lakin “sələf” terminindən (ləfzindən) danışdıqda bunda məqsəd səhabələr, onlara tabe olanlar və onlara tabe olanlardan ibarət “ilk üç şərəfli nəsil”sayılır. Bunlar “SƏLƏFİ SALEH”lərdir[1]. Onlardan sonra gələnlər və onların mənhəcinə[2] tabe olanlar onlardan sonrakı dövrdə gəlsələr belə onlar kimi sələfin yolundadırlar. Çünki “əs-Sələfiyyə” termini saleh sələflərin (Allah onlardan razı olsun) izlədikləri mənhəcə deyilir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa və bu biri camaatdır….” Hədisin digər bir versiyasında nicat tapmış kəslər “Mənim və səhabələrimin yolunda olanlardır”-deyə bildirmişdir. Buna əsaslanaraq sələfiyyə termini bu mənanı ifadə edir. Ona görə də, hər kim səhabələrin və onlara tabe olanların və xeyirdə onlara tabe olanların yolunda olarsa o Sələfidir, hətta hicrətdən 14 əsr keçməsinə baxmayaraq bizim dövrümüzdə yaşasa belə bu doğrudur.

 


[1] Saleh Əcdadlarımız.

[2] Metodologiya.