www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Şəkil çəkməyin (təsvirin) hökmü     


    Sual: Təsvirin hökmü nədir? Bu barədə rəvayət olunan hansı hədislər vardır? Və alimlərin iki görüşündən daha üstününə əsasən kölgəsi olan şəkil ilə (yəni, heykəl və s.) kölgəsiz (yəni, kağız, divar və s. üzərindəki) şəkilin fərqi varmı?

    Cavab: Təsvir öz ixtiyarı ilə hərəkət edən hansısa canlının məsələn insanın, heyvanın, quşun və s. bu kimi canlının surətini əks etdirməkdir. Bunun şərii hökmü haramdır. Dəlili isə bu barədə rəvayət olunan bir çox hədisdir. İki səhih kitabda İbn Məsuddan (r.a.) rəvayət olunur ki, Peyğəmbər (s.a.v.) belə demişdir: “Qiyamət günü ən ağır əzab görən kimsələr şəkil çəkənlər olacaqlar”. Həmçinin İbn Ömər (r.a.) deyir ki, Peyğəmbər (s.a.v.) demişdir: “Bu şəkilləri hazırlayanlar qiyamət günü əzab çəkəcəklər. Onlara: “yaratdıqlarınızı dirildin” – deyə xitab ediləcəkdir.” Buxari və Müslim.

    Həmçinin Buxari və Müslimin əsərində İbn Abbas (r.a.) deyir ki, Peyğəmbər (s.a.v.) buyurmuşdur: “Kim dünyada ikən şəkil çəkərsə ondan ona ruh üfürməsi tələb olunacaqdır. O isə ona ruh üfürə bilən deyil”.

    Müslim İbn Abbasdan (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.v.) belə buyurmuşdur: “Hər bir şəkil çəkən insan cəhənnəmlikdir. Onun çəkdiyi hər bir şəkil ilə can veriləcək ki onunla əzab çəksin”. Əbu Talhadan birbaşa Peyğəmbərə (s.a.v.) istinad edilən rəvayətdə deyilir ki, “Mələklər içərisində it və heykəllər olan evə daxil olmazlar”

    Müslim rəvayət etmişdir. Bu və digər hədislər ümumi məna daşıdığı üçün hər növ şəkilə, heykəl kimi kölgəli və ya divar, kağız yaxud paltar üzərində çəkilən kölgəsiz şəkillərə aiddir. Səhih hədisdə deyilir ki, Peyğəmbər (s.a.v.) Kəbəyə daxil olanda orada şəkillər var idi. O bir qab su gətizdirib şəkilləri silə-silə belə deyirdi: “Allah yaratmadıqlarının şəklini çəkən tayfanı məhv etsin”.

    Günümüzdə bəzi halları istisna etmək olar. Məsələn, üzərində kralların şəkili olan kağız pullar, pasport, kimlik və s. Bu kimi hallarda zərurət miqdarında istifadə etmək olar. Daha doğrusunu Allah bilir.



    Abdullah ibn Əbdürrəhman ibn Cibrin

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31)

      Buxari, Əbu Hureyrə (r.a) vasitəsilə, Rəsulallah (s.ə.s)in belə buyurduğunu rəvayət edir: "Əgər ümmətimə əziyyət olmasaydı, hər namazdan əvvəl onlara misvak istifadə etməyi əmr edərdim"

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (428)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (432)

  • Analar Gününü qeyd etmək islama ziddir (427)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (429)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (428)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (431)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (426)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (431)

  • Bidət edənlərə sədəqə vermək olar? (428)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (430)


  • www.DiniFetvalar.com 2008