Bilmədən fərz namazı müəyyən olunmuş vaxtından əvvəl əda etmək 
Sual: Bir insan namazın vaxtını bilmirsə və müəyyən olunmuş vaxtından əvvəl qılırsa, bunun (onun qıldığı namazın) hökmü nədir?
Cavab: Müəyyən olunmuş vaxtdan əvvəl qılınan namaz onu bu məsuliyyətdən qurtarmır. Allah təala buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir”. (ən-Nisə 4:103)
Peyğəmbər sallallahu aleyhi və səlləm bu vaxtları bildirmişdir: “Zöhr namazının vaxtı günəş ən hündür nöqtəsini (zəvalı) keçdikdən sonradır...” hədis beləcə davam edir. (əl-Buxari nəql edir, hədis № 541)
Ona görə də , buna əsaslanaraq deyirik ki, hər kim namazı müəyyən olunmuş vaxtından əvvəl əda edərsə bu onu (fərz namazın) məsuliyyətindən qurtarmır. Bununla belə (fərz namazın müəyyən olunmuş vaxtından əvvəl əda edilməsi) onun üçün nafilə (əlavə) namaz sayılır, yəni ona nafilə namazın savabı yazılır və ondan tələb olunur ki, fərz namazı müəyyən olunmuş vaxtında əda etsin. Allah hər bir şeyi elmi ilə əhatə etmişdir.
İ`ləm əl-muə`sirin bi fətəvə ibn Useymin-səh.47
Muhəmməd ibn Salih əl-Üseymin
|