Gəlinin bakirəlik qanının kişinin ailə tərəfinə göstərilməsi ənənəsi

Həmd Allaha məxsusdur.
Əvvəla:
Bu məzəmmət olunacaq, rədd olunacaq iyrənc bir ənənə və ikrah hissi doğuran əməldir. Bu məsələdə kişinin öz ailəsi ilə ayaqlaşması, yaxud söz və ya əməl ilə olsun onlar ilə razılaşması aşağıda sadalanan bir sıra səbəblərdən dolayı qadağandır:
1.Bu məsələ evlilik sirlərindən biridir və gizli saxlanmalıdır. Heç bir halda kişi ilə qadına aid şəxsi münasibətlərdə cütlər arasında baş verən məsələləri insanlar arasında yaymaq və yaxud bu barədə kiməsə söyləməyə icazə verilmir.
2. Məlum olduğu kimi xaric olan bu qan şərəfli qadın ilə şərəfsiz qadını fərqləndirən bir nişanə deyil. Odur ki, bunların hamısı mənasızıdır.
3. Kişinin zövcəsinin bakirə olmadığını aşkar etdiyi güman edilsə belə: bu halda bu həqiqəti gizlətməsi və insanlara bunu yaymaması ona əmr olunmuşdur. Ailəsinin ondan tələb etdiyi bu iş iyrənc və haram işlərə yardım etmək, gizlədilməsi vacib buyrulan əmri yerinə yetirməməkdir.
4.Bu iyrənc adətin digər fəsadları hər iki cüt arasında narahatlıq və sıxıntıya səbəb olmaqdır. Belə ki, ər bakirəlik pərdəsini pozmağa tələsir və zövcə ola bilsin ki, ilk gecədə buna hazır olmasın. Ona görə də, kişi qadının ağır qanaxmaya məruz qalmasına və bununla da evlilik münasibətlərində incikliyin yaranmasına səbəb ola bilər.
5. Bu murdar adət-ənənə dolayı yol ilə qadını əxlaqsızlıqda ittiham etməkdir. Kişinin ailə tərəfi özünü təmizə çıxarmaq üçün qadından sübut-dəlil tələb edirlər.
6.Bu münkər (iyrənc, pis) ənənə barədə ən azı onu söyləmək olar ki, bu insanın abır-həyasına zidd olan bir adət-ənənədir. Çünki cütlər arasında baş verən intim əlaqələr sirr olaraq saxlanmalı, ifşa edilməməli və yaxud elan edilməməlidir.
Bu adət-ənənənin qarşısı alınmalı və buna qarşı mübarizə aparılmalıdır.
Şeyx əli Məhfuz (Allah ona rəhmət etsni) demişdir:
Açıq-aydın xətalardan biri də, gəlinin bakirəlik qanına bulaşmış köynəyini kəndin ətrafında dövr etdirməkdir. Həqiqətdə, bu ən çətin anlarında bu zavallı qadına qarşı necə davrandığına Allah təalanın şahid olduğuna məhəl qoymayan bir vəhşinin bu zərif üzvə qarşı işlədiyi cinayət qanıdır. Onlar bakirəlik pərdəsi pozulduqda qadının köynəyi ilə ətrafda dolaşdıqlarında elə sözlər işlədirlər ki, qəlbində zərrə qədər insaniyyət, vicdan olan bir kəs bundan xəcalət çəkər. Bu məzəmmət olunası bidət və yenilik zəngin və orta təbəqədən olan insanlar arasında nüfuzdan düşmüşdür, lakin yoxsul, aşağı təbəqə arasında hələ də qalmaqdadlr və buna qarşı müqəddəs bir münasibət bəslənir. Bu da Cahillik dövrünün qalıqlarından biridir. Sitatın sonu.
Əl-İbda fil Mədar əl-İbtidaa (səh.265), Dar əl-İtisam
Ən doğrusunu Allah bilir.
Muhəmməd Saleh əl-Münəccid
|