Dəvət məqsədilə pyes, tamaşa və parodiya

Sual:Uşaqlar, yeniyetmələr üçün islami məzmunlu (Qurani Kərimdən ayələr, Hədislərdən iqtibaslar) parodiya, dram, tamaşa barədə bilmək istəyirəm. Süni (qoyma saç, parik) saç, süni bığ (haramdır) və s. barədə sizin fətvanızı oxumuşam. Bununla belə, ətraflı cavab versəniz sizə çox minnətdar olaram. Çünki dindən müəyyən qədər bilgiləri olan bir çox insanlar gənclər üçün parodiyanın icazəli olduğunu irəli sürürlər. Sualımı qısa bir zamanda cavablandırsanız sizə çox təşəkkür edərəm. Çünki kiçiklər üçün bizim dərnəyimiz var. Allah bizi Qurani Kərimə və Sünnətə qarşı çıxmaqdan qorusun.
Cavab: Həmd Allaha məxsusdur.
Bu məsələ elm əhli arasında fikir ayrılığının olduğu bir məsələdir. Bəziləri bunu mütləq şəkildə qadağan etmiş, digərləri isə şəriət qaydaları çərçivəsində buna icazə veriblər. Bu məsələyə dair fərqli görüşlərin müzakirəsinə keçməzdən öncə bildirmək istəyirik ki, ekranlardan yaxşı bəlli olan əxlaqsızlıq, nizam-intizamsızlıq, ağına-bozuna baxmamaq, kişi və qadınların qarışması və digər münkər əməlləri ehtiva edən haramlar kimi səhnə oyunlarının qadağan olunması barədə heç bir fikir ayrılığı yoxdur. Bu cür tamaşaların qadağan olmasına dair elm əhli arasında heç bir fikir ayrılığı yoxdur.
Fikir ayrılığı bir dəstə şəxslər qarşısında iki və yaxud bir çox insan tərəfindən, əməllər və dialoqdan istifadə etməklə, islamda ibadət və yaxud əxlaq dəyərləri barədə həmin dəstəyə öyrətmək və yaxud haqqı və baş verən fəsadları başa düşməkdə onlara yardım etmək və yaxud keçmişin şanlı səhifələrini onlara öyrətmək və ya əyləncə məqsədilə edilən tamaşa növüdür. Bu cür səhnə oyununda onlar həqiqətdə olduğundan fərqli şəkildə özlərini təqdim edirlər. Bu cür səhnə oyunu müəyyən şərtlərə tabedir. Bunlar aşağıdakılardır:
1. Peyğəmbərlər, səhabələr, şeytanlar, kafirlər və heyvanlar olan hissələri oynamaq yolverilməzdir. Kişilərin qadınların rolunu və yaxud bunun əksini oynamamaq. Mələklər kimi qeybdə olan varlıqlara dair hissələri oynamamaq.
2. Allah, Onun şüarları və Onun Rəsulu və yaxud islam dininin hər hansı ayinlərinə, hətta məqsəd insanları öyrətmək olsa belə, rişxənd edilən hissələri (ciddi və yaxud istehza ilə olsun) oynamaq qadağandır.
3. Yalan danışmaq, qeybət etmək kimi istənilən haram söz və yaxud çox uzun paltarların olduğu səhnələri oynamaq qadağandır.
4. Sünnədə rəvayət olunmayan qaydada, namaz qılmaq və yaxud dəstəmaz almaq kimi hər hansı ibadət əməllərini yalnış tərzdə oynamaq qadağandır.
Fasiq və yaxud günahkar obrazların rolunu oynamaqdan, yaxud imamlar və ya ümmətin görkəmli alimlərinin rolunu onların məqamının aşağı düşməsindən ehtiyat edərək oynamamaq.
Müasir alimlərdən bəziləri səhnədə rol oynamağın tamamilə qadağan olunduğunu, digərləri isə müəyyən şərtlər daxilində bunun icazəli olduğunu bildirirlər. İkinci rəyi irəli sürənlərdən biri də Şeyx Muhəmməd ibn Saleh əl-Üseymindir, Allah ona rəhmət etsin. Aşağıda bu mövzuda onun fətvası verilir:
Aləmlərin Rəbbi Allaha həmd olsun. Şübhə yoxdur ki, insanları Allah Azzə və Cəllənin yoluna dəvət etmək ibadətdir. Necə ki, bu barədə Allah təala əmr edir:
“(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et.” [ən-Nəhl 16:125]
Digərlərini Allahın yoluna dəvət edən insan, Allaha dəvət edərkən dərk edir ki, o Allahın əmrini yerinə yetirir və Ona daha da yaxınlaşır. Sözsüz ki, insanları dəvət etməkdə ən yaxşı yol Allahın Kitabı və Onun Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sünnəsi ilə gerçəkləşir. Çünki, Allahın Kitabı insanlar üçün ən böyük moizədir.
“Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.” [Yunus 10:57]
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bunun bənzərini söyləmişdir. “Sözlərin ən xeyirlisi moizədir”. Bəzən səhabələrinə elə moizə verirdi ki, səhabələr bunu “qəlbləri titrədən və gözləri yaşardan” kimi vəsf edirdilər. Ona görə də, əgər bir insan bu moizə üsulundan istifadə etməyi bacarırsa, şübhəsiz ki, bu ən xeyirli vasitədir. Yəni, Allahın Kitabı və Onun Rəsulunun Sünnəsi ilə dəvət etmək. Lakin bəzən digər icazəli metodları əlavə edəcəyinə, Allah təalanın icazə verdiyi şeyləri istifadə edəcəyini düşünürsə bunda bir xəta yoxdur. Lakin bunun üçün müəyyən şərtlər gözlənməlidir. Bu vasitələr özündə yalan danışmaq və yaxud kafirlərin rolunu oynamaq və yaxud səhabələriin və imamların rolunu oynamaq kimi haram hər hansı bir şeyi ehtiva etməməlidir-və yaxud bu dahi imamlardan hər hansı birinin insanların gözündən düşməsinə səbəb olacaq kimi qorxu varsa bu qadağandır. Digər şərt budur ki, kişilərin qadınlara aid rolları oynaması və yaxud bunun əksi baş verməməlidir. Çünki bu elə bir məsələdir ki, Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) bu cür edənləri lənət etdiyi rəvayət olunmuşdur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) özünü kişilərə oxşadan qadınları və özünü qadınlara oxşadan kişiləri lənətləmişdir.
Məsələ bundadır ki, insanları cəlb etmək üçün arabir bu vasitələrdən isifadə olunursa və bunlarda hər hansı haram yoxdursa, burada hər hansı bir xətanın olduğunu düşünmürəm. Lakin bundan tez-tez istifadə olunursa və Allahın yoluna insanları dəvətdə yeganə vasitə olaraq götürülürsə və həmin insan insanları Allahın Kitabı və Onun Rəsulunun Sünnəsi ilə dəvət etməkdən üz döndərirsə, belə ki, dəvət olunan insanlara başqa yolla təsir etmək mümkün olmur kimi bir vəziyyət yaranırsa, bu halda bu doğru deyil və daha doğrusu bu cür etmək haramdır. Çünki Allahın yoluna dəvət məsələlərində insanları Quran və Sünnədən başqa bir şeyə yönəltmək məzəmmət olunası, münkər bir əməldir. Lakin bu cür vasitələrdən arabir isifadə etməkdə, hər hansı haram qarışmaması şərtilə, bir xəta görmürəm.
Ən doğrusunu Allah bilir.
Bax: ət-təmsil fid-dəvəti iləllah “Abdullah Əl Hadi”, 11-66-67-102
Saleh əl-Qəzali, “Hukm mumərəsət əl-fənn fil şəriəh
Muhəmməd Saleh əl-Münəccid
|