Qurani Kərimin haqq olduğuna kölgə salmağa çalışanlara rəddiyyə

Sual: Bu yaxınlarda Almaniyanın elm adamları tərəfindən Qurani Kərimin mötəbərliliyi, səhihliyi ilə bağlı bəzi elmi-tədqiqat işlərinin aparıldığından xəbər tutdum. Onların tədqiqat zamanı əldə etdikləri müşahidə-nəticələr Tobi Lester adlı müəllif tərəfindən qələmə alınaraq jurnalın 1999-cu il yanvar sayında nəşr olunan “Quran Nədir?” adlı Atlantik Aylıq məqalədə müzakirə olunur. Onların tədqiqatının əsas məğzi ondan ibarətdir ki, iddia etdiklərinə görə Yəməndə məscidlərdən birində Qurani Kərimin bəzi olduqca qədim parçaları tapılmışdır və əlimizdə olan Qurani Kərimin mətnlərindən cüzi bununla belə mühüm şəkildə fərqlənir. Bəzi hallarda, aşkar olunan qədim parçaların üzərindəki yazılar silinmiş və əvəzinə müxtəlif yazılar yerləşdirilmişdir. Məqalədə müsəlmanların Qurani Kərimin mütləq şəkildə mötəbər olduğu inancına şübhə salmaq hədəfi güdülür və Qurani Kərim də bu və ya digər ədəbi mətnlər kimi dəyişikliyə məruz qala bilər fikrini təlqin etməyə çalışırlar.
Mən özüm müsəlman deyiləm, lakin bilirəm ki , Quranın İslamda məqamı, Nəsranilərin dinində Məsihin məqamı kimidir. Bunu nəzərə alaraq, Qurani Kərimin mütləq şəkildə nöqsansızlığını şübhə altına alan cəhdlərə necə cavab verərdiniz? Sizcə bu elm adamlarının əldə etdiyi nəticələri etibarsız etmək üçün onların vardıqları motivlər səhvdirmi? Və yaxud Qurani Kərimin haqq olduğuna qarşı edilən bu həmlələrə başqa bir cavabınız varmı? Bunları bilmək mənim üçün maraqlı olardı.
Cavab:
Həmdü-sənalar Allaha məxsusdur.
1. Əlimizdə olan mövcud Qurani Kərimin nüsxələrinin mötəbərliyi barədə dəlillər sadəcə bir və yaxud iki parça dəlil-sübutdan ibarət deyil, əksinə saysız-hesabsız dəlil-sübutlar ilə Qurani Kərimin mötəbərliyi, nöqsansızlığı, haqq olduğu artıq sübuta yetirilib. Belə ki, məsələlərə ədalətlə yanaşan, sağlam-düşüncəyə sahib bir insan Qurani Kərimi oxuyarsa bunun eynilə Allah tərəfindən Muhəmmədin (Ona Allahın salavatı və salamı olsun) qəlbinə nazil edilən eyni kitab olduğu qənaətinə varmaqdan başqa yolu olmayacaqdır.
2. Quran nazil olan vaxtdan ta indiyə kimi ard-arda gələn nəsillər Allahın Kitabını oxumaqda, öyrənməkdə, əzbərləməkdə və yazmaqdadırlar. Onlar bütün bunları edərkən tək bir hərfi belə buraxmamış və heç kəs hətta tək bir hərfin hərəkəsini belə dəyişə bilməmiş və dəyişə bilməz, dəyişə bilməyəcəkdir. Yazı Qurani Kərimi qorumağın sadəcə bir üsuludur; əsas olan budur ki, Qurani Kərim qəlblərdə, kökslərdə hifz olunaraq qorunmaqdadır.
3. Qurani Kərim bizə təkbaşına, öz iradəsi ilə nazil olmamışdır ki, sözdə iddia olunan təhrif və dəyişikliklər də hələ baş versin. Əksinə, Qurani Kərimin ayələrinin təfsiri, kəlimələrin mənası, nazil olma səbəbləri, sözlərin qrammatik təhlili və hökmlərin şərhi hamısı bütöv olaraq Allah tərəfindən nəql olunmuşdur. Qurani Kərimə belə bir diqqət-qayğı göstərildiyi halda, necə ola bilər ki, müqəssir, cani, günahkar əllər bunun hətta bir hərfini dəyişməyə müvəffəq olsunlar və yaxud əlavələr edib hər hansı bir ayəni çıxarsınlar?
4. Quran gələcəkdə baş verəcək qeybi məsələlərdən danışır. Allah təala bunları Rəsulu Muhəmmədə (Ona Allahın salavatı və salamı olsun) nazil edib xəbər verərək Quranın Allah tərəfindən olduğunu ona (Ona Allahın salavatı və salamı olsun) bəyan etmişdir. Əgər bəşər övladı müəyyən bir kitab yazmaq istəyirsə bir hadisəni təsvir edə və yaxud müəyyən bir görüş irəli sürə bilər, lakin hər hansı bəşər övladı qeybi məsələlərdən danışmalı olarsa, bunun üçün həmin sahə üzrə o yalnız zənn, spekulyasiya və yaxud yalanlara əsaslanmalı olacaqdır. Lakin Qurani Kərim rumluların farslar tərəfindən məğlubiyyətə uğrayacağından xəbər vermişdir, həmin dövrdə isə bu hadisə barədə ərəblərə xəbər vermək üçün heç bir ünsiyyət, əlaqə vasitələri yox idi. Eyni ayələr eləcə də bir neçə il keçdikdən sonra farsların məğlub olacağını öncədən xəbər vermişdir. Əgər işdir Quranda söylənilənlər doğru olmasa idi, kafirlər Qurani təndiq etmək üçün “böyük fürsət” əldə etmiş olardılar.
5. Qurani Kərimin istənilən ayəsini oxuyub, daha sonra Amerikaya, Asiyaya və yaxud Afrika cəngəlliklərinə və ya Ərəb səhralarına, yaxud da müsəlmanların yaşadığı hər hansı bir yerə getsəniz, görəcəksiniz ki, onların hamısının köksündə əzbərlədikləri eyni ayə vardır və yaxud kitablarında eyni ayələr yazılmışdır; ayənin bir hərfi belə dəyişməmişdir.
Elə isə, bizim görmədiyimiz və Yəməndə tapılan bu qeyri-məlum və bəzi nadanlar tərəfindən son zamanlar bir ayə və yaxud sözün dəyişdirildiyi ehtimal olunan bu əlyazmanın çəkisi, qiyməti nədir ki?
Bu iddialar lazımi şəkildə tədqiq olunduğu və müzakirə edildiyi zaman məgər bu arqumentlərin hər hansı bir əhəmiyyəti qalırmı? Xüsusilə də, insanlar Qurani Kərimə münasibətdə ədalətli davranıb, tədqiqatlarında obeyktiv mövqe tuturlarsa!
Əgər biz onların məşhur müəlliflərinin biri tərəfindən qələmə alınan ən etibarlı kitablarından birinə müraciət etsək və bu kitabın dünyada bir çox nüsxələri olub hamısı əslində eynidirsə və biz də öz növbəmizdə iddia etsək ki, hər hansı bir ölkədə bu kitabın bir nüsxəsi var və kitaba əlavə və dəyişikliklər edilib və bu sözügedən kitab original kitabın nüsxələrindən fərqlildir, görəsən onlar bu iddialara hər hansı bir diqqət yetirəcəklərmi?
Əlbəttə ki, onların cavabı bizim cavabımız kimi eyni olacaqdır:
6. Müsəlmanların əlində olan əlyazmaların nüsxələrinin mötəbərliyi sadəcə qeyd etdiyimiz bu cür bəsit bir tərzdə sübuta yetirilmir: çünki islam aləmində xəttatlıq elminin tarixini bilən ekspertlərimiz və hər hansı bir əlyazmanın səhih olduğunu müəyyən etmək üçün tətbiq ediləcək prinsip və qaydalar, bunlardan məsələn bunu dinləyən və oxuyan insanların adları və imzaları və s. mövcuddur.
7. Bu iddialara cavabımızı Abbasilərin dövründə Bağdadda baş vermiş həqiqi bir qissə ilə başa çatdırmaqdan şad olardıq. Belə ki, yəhudilərdən bir nəfər ardıcılları tərəfindən Allah Təalaya nisbət edilən kitabların, yəni yəhudilərin ardıcıllarının Tövrat, xaçpərəstlər arasında İncilin və müsəlmanlar arasında isə Qurani Kərimin, nə dərəcədə səhih, doğru olduğunu araşdırmaq üçün işə başlayır.
Öncə Tövrata baş vurur, çox gözə çarpmayan bəzi kiçik cüzi şeyləri əlavə edərək kitabdan götürür, sonra bunu yəhudilərdən bir xəttata verir və ondan xahiş edir ki, bunun nüsxəsini çıxarsın. Bir müddət keçmir ki, bu nüsxələr yəhudilərin sinaqoqlarına daxil olur və onların böyük elm adamları arasında (dəyişikliklər ilə birlikdə) dövr edir.
Sonra İnciliə üz tutur və Tövratda olduğu kimi bəzi cüzi şeyləri əlavə edərək bəzilərini oradan çıxarır və dəyişiklik edilmiş nüsxəni onların xəttatına verir və ondan xahiş edir ki, bunun nüsxəsini hazırlasın. Bir müddət keçmir ki, bu kitab kilsələrdə oxunur və onların alimləri arasında dövr edir.
Sonda Qurani Kərimə üz tutur, Tövrat və İncildə etdiyi bənzər dəyişiklikləri burada da edir. Sonra nüsxəsini çıxarmaq üçün müsəlman bir xəttata verir.
Öz nüsxəsini götürmək üçün geri qayıtmaq istədikdə, xəttat dəyişiklik edilmiş nüsxəni həmin yəhudinin üstünə atır və bildirir ki, onun verdiyi bu kitab müsəlmanların Quranı deyil!
Apardığı bu təcrübələrdən həmin yəhudiyə bəlli olur ki, Quran Allahın həqiqi Kitabıdır və ondan başqa kitablar insanlar tərəfindən dəyişdirilmişdir.
Əgər müsəlmanların xəttatları sözügedən nüsxənin dəyişikliyə məruz qaldığını söyləyirsə, elə isə iddia olunan dəyişikliklər nəzərə çarpmadan Müsəlman alimlərinin səffləri arasına necə nüfuz edə bilər ki?
Əgər sual verən şəxs bu qədim təcrübəni hal-hazırda da təkrar etmək istəyirsə, həmin yəhudinin etdiyi eyni şeyi etsin, belə ki, həmin yəhudi sonradan müsəlman olmuşdur; o da qoy bu üç kitabdan hər birinə əlavələr edib, bəzi şeyləri çıxarsın və görsün ki, nəticədə nə baş verəcək.
LAKİN, biz ona demirik ki, onda olan Quranın nüsxəsini xəttata göstərsin, ƏKSİNƏ biz ona deyirik ki, bunu müsəlmanların uşaqlarına, körpələrinə göstərsin və uşaqlar onun nüsxəsində hansı yerlərdə xətaların olduğunu ona söyləyərlər!
Bəzi müsəlman ölkələrində xətaların olduğu müshəflər çap edilmişdir və gənc uşaqlar hələ böyüklərə yer qoymadan bu xətaları tapmışdırlar.
Hidayət edən Allahdır.
Muhəmməd Saleh əl-Münəccid
|