www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Böyük və kiçik cihad     



    Sual: Hansı daha böyükdür, nəfslə cihad yaxud döyüş meydanında olan cihad?

    Cavab: Həmd Allaha məxsusdur.

    Rəvayət olunur ki, peyğəmbər sallallahu aleyhi və səlləm öz əshabələrinə hərbi yürüşdən qayıtdıqlarında belə demişdir:“Biz kiçik cihaddan böyük cihada qayıtmışıq”. Onlar dedilər: “Kafirlərə qarşı cihaddan daha böyük cihad varmı?” O dedi: “Bəli, nəfs ilə cihad”.

    Bu hədis səhih deyildir.

    Şübhəsiz ki, nəfsə qarşı cihad kafirlərə qarşı cihaddan öncə gəlir. Çünki insan öz nəfsinə qarşı mübarizə aparmadıqca kafirlərə qarşı mübarizə apara bilməz. Belə ki, döyüş nəfsin xoşlanmadığı bir şeydir. Allah təala buyurur (mənaca tərcümədə): “(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz”. (əl-Bəqərə 2:216)

    Məsələ bundadır ki, düşmənə qarşı cihad, insan nəfsi buna tabe olana və bunu qəbul edənə kimi öz nəfsi ilə mübarizə aparmazsa və onu buna vadar etməzsə baş verə bilməz.

    Fətəvə Manar əl-İsləm, Şeyx İbn Üseymin Allah ona rəhmət etsin 2/421

    İbn əl-Qeyyim demişdir: “Cihad dörd mərhələdən ibarətdir: cihad əl-nəfs (nəfsə qarşı mübarizə), cihad əl-şeyatin (şeytanlara qarşı mübarizə), cihad əl-kuffar (kafirlərə qarşı mübarizə) və cihad əl-münafiqin (münafiqlərə qarşı mübarizə).

    Cihad əl-nəfs həqiqi hidayət yolunu öyrənmək və onu bildikdən sonra ardınca getmək, ona tabe olmaq, digərlərini buna dəvət etmək və onları Allaha dəvət edərkən qarşılaşdığı çətinliklərə qarşı səbrlə dözmək üçün insanın öz nəfsi ilə mübarizə etməsi deməkdir.

    Cihad əl-şeytan şeytana qarşı mübarizə aparmaq və şeytanın insana atdığı şübhə və həvaları, imanı azaldan şübhələri uzaqlaşdırmaq və insana vəsvəsə etdiyi batil arzular ilə mübarizə aparmaq deməkdir.

    Kafir və münafiqlərə qarşı cihad qəlblə və dillə, var-dövlətlə və özü ilə olur. Kafirlərə qarşı cihad çox vaxt fiziki şəkildə baş verir və münafiqlərə qarşı isə adətən sözlərlə olur...İnsanların ən mükəmməli cihadın bütün mərhələlərini tamamlayanlardır. İnsanlar Allah qarşısında cihadda olan məqamlarına görə fərqlənirlər”. (Zad əl-Məad 3/9-12)

    Allah daha yaxşı bilir.



    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». ( Ali-İmran 102)

      Buxari, Əbu Hureyrə (r.a) vasitəsilə, Rəsulallah (s.ə.s)in belə buyurduğunu rəvayət edir: "Əgər ümmətimə əziyyət olmasaydı, hər namazdan əvvəl onlara misvak istifadə etməyi əmr edərdim"

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (428)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (431)

  • Analar Gününü qeyd etmək islama ziddir (427)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (429)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (428)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (431)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (426)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (431)

  • Bidət edənlərə sədəqə vermək olar? (428)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (429)


  • www.DiniFetvalar.com 2008