Hamamda Allahın adını zikr etmək

Sual: Hamamda Allahın adını zikr etmək icazəlidirmi?
Cavab:
Rəbbimizin - Azzə və Cəllə - adını hamamın içində zikr etmək doğru deyildir, çünki ora buna uyğun bir məkan deyil. Əgər ürəyində zikr edirsə, dilində bunu tələffüz etməzsə bir problem olmaz. Yoxsa (dili ilə söyləməsi lazım olarsa) həmin yerdə dili ilə bunu söyləmədən oradan çıxacağını gözləməsi daha yaxşıdır.
Lakin əgər dəstəmaz alınan yer subaşından kənarda olarsa, orada Allahın adını zikr etməsində problem yoxdur.
Mənbə:'Məcmu Fətava va Rasəil Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin', 11/109-110
Muhəmməd ibn Salih əl-Üseymin
|