Ölü heyvanın dərisindən istifadə etmək

Sual:Ölü heyvanın dərisindən istifadə etmək haqqında soruşuldu:
Cavab: Əgər mal-qara kimi halal yolla kəsilən heyvanlardandırsa, onların dərilərindən istifadə etmək olar, lakin dərini aşıladıqdan sonra olar, çünki çürümüş parçalar və pis qoxu aşılamaq yolu ilə gedir, təmizlənir. O zaman hər şey üçün onu istifadə etmək olar və üstün rəyə görə quru olmayan şeylər üçün də istifadə etmək olar, çünki dəri aşılama ilə təmizlənmiş olur, necə ki Peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Dərini su və qaşıma aləti təmizləyir.” Bu hədisi Muslim rəvayət edib.
Lakin əgər dəri, halal olmayan yolla kəsilən heyvanlara məxsusdursa, bu məsələ, elm əhli arasında ixtilaflıdır. Doğrusunu Allah bilir!
Mənbə: “Məcmu Fətava va Rasəil Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 11/104
Muhəmməd ibn Salih əl-Üseymin
|