www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Hamilə ikən qadını boşamaq      



    Sual: Mən gənc bir qadınam. Ərim məni bir ay hamilə olduqda boşadı, sonra boşanmadan bir ay keçmiş geri götürdü. Sonra bizdə yenə ailə zəminində problemlər oldu və o məni təkrar boşadı. Həmin vaxt mən altı aylıq hamilə idim. Sonra o məni geri götürdü, sonra səkkiz aylıq hamilə olduqda məni təkrar boşadı. Bu halda boşanmanın hökmü nədir?

    Cavab:

    Həmd Allaha məxsusdur.

    Hamiləlik zamanı baş verən boşanma etibarlı (səhih) sayılır və boşanma baş vermiş hesab edilir. Əgər bir kişi öz zövcəsini qadın hamilə ikən boşayırsa, qadının iddəti (gözləmə müddəti) doğuşa qədər davam edir. Kişi zövcəsini hamiləlik dövründə geri götürə bilər. Əgər hamilə olduğu zaman ikinci dəfə boşayırsa, boşanma baş vermiş sayılır. Əgər kişi onu geri götürüb sonra hamiləlik əsnasında təkrar boşayısa bu halda da boşanma gerçəkləşir. Artıq bu halda qadın geri götürülməyəcək qədər boşanmış sayılır. (Allahın qədərilə) başqa birisi ilə ailə qurub sonra da işdir boşanarsa yalnız bu halda təkrar (əgər istəyərsə) birinci ərinə ərə gedə bilər.

    QEYD: Üçüncü dəfə boşanma baş verdikdən sonra qadın birinci ərinə qayıtmaq üçün bu məqsədə nail olmaq üçün digər bir kişiyə ərə gedib sonra ondan məqsədli şəkildə boşanarsa bu cür etmək haramdır.

    Bəzi insanlar adətən belə düşünürlər ki, hamilə qadını boşamaq boşanmadan sayılmır, lakin bu fikrin heç bir əsası yoxdur.

    İbn Abbas, (Allah ondan razı olsun), demişdir: Əgər bir kişi qadını hamilə ikən onu bir və yaxud iki dəfə boşayarsa doğuş baş vermədikcə qadını geri götürmək üçün haqqı daha çoxdur. Bunu Allah Təala buyurur: “Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar.” [əl-Bəqərə 2:228]. Bunu İbn Cərir əl-Təbəri “Təfsir”ində (2/448) və Beyhəqi (7/367) rəvayət edir.

    Şeyx ibn Bəzə, Allah ona rəhmət etsin, belə bir sual ilə müraciət edirlər: Hamilə qadını boşamaq icazəlidir?

    Cavab: Hamilə qadını boşamağa heç bir maneə yoxdur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Abdullah ibn Ömərin (Allah ondan razı olsun) zövcəsi aybaşı ikən onu boşadıqda belə demişdir: “Onu geri al və təmizlənincəyə, sonra aybaşı olub təkrar təmizlənincəyə qədər onu saxla, sonra aybaşı olub təmizlənincə onunla yaxınlıq etməzdən və yaxud o hamilə qalmamışdan öncə istəyirsənsə onu boşa. Fətəvə İsləmiyyə

    Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, demişdir:

    Qəribəsi budur ki, adi kütlədən bəziləri düşünür ki, hamiləlik zamanı boşanma sayılmır. Lakin mən bilmirəm onlar bu fikri haradan götürüblər. Hamiləlik əsnasında boşanma sayılır Hətta kişi zövcəsi ilə qadın hamilə ikən cinsi yaxınlıq edib cənabətdən qüsl almazdan öncə boşayarsa boşanma yenə də sayılır. Deməli, hamilə qadının boşanması boşanmanın ən qəti növlərindən biridir. Əl-Liqa əl-Şəhri, 3/495

    Ən doğrusunu Allah bilir.



    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?"– deyə soruşsan, mütləq: "Onları Qüdrətli və Bilən Allah yaratmışdır!"– deyəcəklər. (əz-Zuxruf, 9)

      Buxari, Əbu Hureyrə (r.a) vasitəsilə, Rəsulallah (s.ə.s)in belə buyurduğunu rəvayət edir: "Əgər ümmətimə əziyyət olmasaydı, hər namazdan əvvəl onlara misvak istifadə etməyi əmr edərdim"

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (446)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (442)

  • Analar Gününü qeyd etmək islama ziddir (442)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (441)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (441)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (441)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (443)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (443)

  • Bidət edənlərə sədəqə vermək olar? (445)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (442)


  • www.DiniFetvalar.com 2008