www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Rafizilər Quranın təhrif olunduğunu iddia edirlər      


    Sual: Şiə məzhəbindən olan bir tanışımdan eşitdiyimə görə onların kitabında bir ayə var və bu ayə Qurani Kərimdə yoxdur. Siz bu fikrin nə dərəcədə doğru olduğunu söyləyə bilərsinizmi? Bu surənin adı “Surəti-l Vilayə” adlanır.

    Cavab:

    Həmd Allaha məxsusdur.

    “Surəti-l Vilayə” məsələsinə gəldikdə şiələrin alim və imamlarından bəziləri bildiriblər ki, belə bir surə Quranda vardır. Onlardan belə bir şeyin olduğunu inkar edənlər sadəcə “təqiyyə” (1) edirlər. Qurani Kərimdə belə bir surənin olduğunu açıq-aydın bildirənlərdən biri Mirzə Hüseyin Muhəmməd Təqiy əl-Nuri əl-Tubrusidir (Hicrətin 1320-ci ilində vəfat edib). O bu barədə bir kitab qələmə almış və kitabda bildirir ki, Qurani Kərim təhrif olunub və səhabələr Quranın bəzi hissələrini, o cümlədən “Vilayət Surəsini” gizlədiblər. Rafizilər onu Nəcəfdə dəfn edərək vəfatından sonra o təzim etməyə başlayıblar. Əl-Tubrusinin qələmə aldığı bu kitab hicrətin 1298-ci ilində İranda nəşr olunub və kitab nəşr olunduqda xeyli ziddiyyətə səbəb olmuşdu. Çünki, onlar Qurani Kərimin səhihliyi barədə irəli sürdükləri şübhələri, hansı ki, məsələnin həqiqəti sadəcə onların rəhbərlərinə məlum idi, özlərinin yüzlərlə böyük kitablarına salınaraq orada qalmasını istəyir və bunu bir kitab şəklində tərtib etmək istəmirdilər. Müəllifi olduğu kitabın başlanğıcında belə deyir:

    “Bu Fasl əl-xitab fi isbat təhrif Kitab Rabbil Ərbab (Rəblərin Rəbbinin Kitabının təhrif olunması barədə həlledici şərhlər) adlı yaxşı və fəzilətli bir kitabdır... O kitabında səhabələr tərəfindən gizlədildiyini iddia etdiyi ayə və surələrin adını qeyd edir, o cümlədən “Vilayət Surəsi”. Onların iddiasına görə bu surənin mətni kitabda sitat gətirildiyi kimi aşağıdakı şəkildədir:

    “Ey iman edənlər, sizi doğru yola hidayət etmək üçün göndərdiyimiz, bir-birindən olan Peyğəmbərə və Vəliyə (yəni, Hz Əliyə) iman gətirin. Mən hər şeyi Görən və Eşidənəm...”

    Həmçinin rafizilərin irəli sürdüyü başqa bir surə də vardır ki, buna əl-Nureyn surəsi deyilir: “Ey iman edənlər, ayələrimi sizə oxumaq və böyük günün əzabından sizi xəbərdarlıq etmək üçün göndərdiyimiz iki nura (əl-nureyn) iman gətirin. Onlar biri o birindəndir və Mən hər bir Şeyi Eşidir və Bilirəm. O kəslər ki, Quran ayələrində buyurulan Allah və Onun Rəsulu ilə əhdi yerinə yetirir, onlar üçün Səadət Cənnətlər vardır, lakin o kəslər ki, iman gətirdikdən sonra əhdi pozaraq və Peyğəmbərin əmrinə asi olmaq yolu ilə küfr edirlər, onlar cəhənnəmə vasil olacaqlar. Onlar özlərinə zülm etmiş və Peyğəmbərin vəsiyyətinə qarşı çıxmışdırlar (yəni, Əlini (Allah ondan razı olsun) xəlifə təyin etməmişdirlər ) və onlara içmək üçün qaynar su veriləcək...” və digər cəfəng şeylər.

    Rafizilərin iddia etdiyi həmin surəni tam şəkildə Fars dilində olan müshəfində teleqraf şəkili ilə birgə aşağıdakı saytdan görə bilərsiniz:

    http://arabic.islamicweb/com/shia/nurain.htm


    Prof.Muhəmməd Əli Sə`udi-Misirdə Ədliyyə Nazirliyində böyük ekspertlərdən biri-orientalilst Brayn tərəfindən saxlanılan İran müshəfini yoxlamış və bu surənin nüsxəsini əldə etmişdir; Ərəb əlyazmasında olan sətirlərin yuxarı hissəsində Fars dilində tərcüməsi verilib.

    Əl-Tubrusinin Fasl əl-kitab fi isbat təhrif Kitab Rabbi-l Ərbab kitabında qeyd olunduğu kimi, bu məsələ eləcə də Muhsin Faani əl-Kəşmirinin yazdığı fars dilində olan Dabastan Məzəhib adlı kitabda da qeyd olunur. Bu kitab İranda dəfələrlə çapa verilmiş və rafizilərin kəşf etdikləri “batil, uydurma surə” Orientalist Noeldeke tərəfindən onun “Quran Əlyazmalarının Tarixi, 2/120 adlı kitabında sitat olaraq gətirilib və 1842-ci ildə Fransız dilli Asiya qəzetində dərc olunub (səh.431-439)

    Eləcə də, Mirza Həbibullah əl-Haşimi əl-Xoi özünün “Mənhəc əl-Bəraah fi şərh Nəhc əl-Bələğə” (2/217) və Muhəmməd Bəqir əl-Məclisi özünün fars dilində olan “Təzkirət əl-Ə`imməh” (səh.19,20) kitabında İranda, Mənşurat Məvlanada nəşr olunub.

    Həmçinin bax. “Əl-Xutut əl-`Aridah lil-əsəs əlləti qaamə `aleyhə din əl-şi`əh” Muhib əd-Din əl-Xatib

    Onların bu iddiaları Allahın kəlamını inkar etməyə bərabərdir.
    “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” [əl-Hicr 15:9]

    Belə ki, müsəlmanlar arasında yekdil rəy vardır ki, hər kim Qurandan hər hansı bir şeyin dəyişdiyini iddia edərsə kafirdir.

    Şeyxu-l İslam ibn Teymiyyə demişdir:
    Eyni hökm onların arasından Qurandan bəzi ayələrin çıxarıldığı və yaxud gizlədildiyi və yaxud şəriətdə buyurulan və s. əməlləri yerinə yetirməkdən onu azad edən bəzi batini məna, təfsirlərin olduğunu iddia edən şəxslərə də şamil edilir. Onlar əl-Qaramitə və əl-Batiniyyə adlanır. Onların sırasına həmçinin əl-Tənəsuxiyyə daxildir (batini sektalarının adları). Onların kafir olduğunda heç bir mübahisə yoxdur.

    Əl-Sarim əl-Məslul, 3/1108-1110

    İbn Hazm demişdir:

    Quranın dəyişdirildiyi görüşü açıq-aşkar küfrdür və Allah Rəsulunun söylədiklərini inkar etməkdir.

    Əl-Fasl fi-l Əhva və Miləl vəl Nihəl, 4/139

    Ən doğrusunu Allah bilir.


    (1)-Dili ilə söylədiyinin qəlbi ilə üst-üstə düşməməsi və yaxud dilinin söylədiyini qəlbinin təsdiq etməməsi. Rafizilər deyirlər ki, təqiyyə zərurət halında icazəlidir. Lakin, Qurani Kərimin təhrif olunduğuna dair təqiyyəni işə salmaqda görəsən zərurətə nə ehtiyac var?!



    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Məhəmməd Allahın Peyğəmbəri. Onunla birlikdə olanlar ( möminlər) kafirlərə qarşı sərt, bir-birinə ( öz aralarında) isə mərhəmətlidirlər». ( əl-Fəth 29)

      Buxari, Nafinin belə dediyini rəvayət edir: "İbni Ömər (r.a), Quran oxuduğu zaman oxumağını bitirincəyə qədər heç danışmazdı"

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (440)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (439)

  • Analar Gününü qeyd etmək islama ziddir (439)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (439)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (438)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (439)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (438)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (440)

  • Bidət edənlərə sədəqə vermək olar? (442)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (439)


  • www.DiniFetvalar.com 2008