Sual: Şəkil çəkdirmək üçün zərurət hesab edilən hallar hansılardır?
Cavab: Həmd Allaha məxsusdur.
Canlı varlıqların (ruhu olan) surətini və şəkilini çəkmək mütləq şəkildə qadağandır. Bu cür etmək üçün zərurət yaranarsa bu istisna təşkil edir. Bu cür hallara aid ola bilər: pasport üçün şəkil çəkdirmək və yaxud şəxsiyyəti müəyyən edən sənədlər üçün şəkil və yaxud tanınmaları üçün şübhəli bilinən şəxslərin şəkilini göstərmək və yaxud yoxlama məqsədləri və yaxud iş üçün müraciət etdikdə və dələduzluğun qarşısının alınması və ya təhlükəsizliyin təmin olunması kimi digər hallar. Bu halda şəkil çəkməyə şəriətdə icazə verilir, lakin bundan yalnız zərurət tələb edən qədər istifadə olunmalıdır.