Ər-arvaddan birinin Cənnətə daxil olacağı o birisinin də mütləq daxil olacağını zəruri etmir

Sual: Doğrudur ki, ər-arvaddan biri cənnətə daxil olarsa digərini də özü ilə cənnətə aparır?
Cavab: Həmd Allaha məxsusdur.
Ər-arvaddan biri cənnətə daxil olursa bu heç də o mənaya gəlmir ki, digəri də cənnətə qəbul ediləcəkdir. Nuhun və Lutun (Onlara Allahın salamı olsun) zövcələrinin taleyi bu rəyin yanlış olduğunu sübuta yetirmək üçün kifayətdir. Çünki, onların hər ikisi ərləri Peyğəmbər olduqları halda cəhənnəmə daxil oldular.
Allah Təala buyurur: “Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: 'Girənlərlə birgə ikiniz də oda girin!'– deyildi.” [ət-Təhrim 66:10]
İbn Kəsir demişdir, (Allah ona rəhmət etsin): “Allah Təala deyir: “Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi.” Ayə onu ifadə edir ki, iman qəlblərinə daxil olmazsa baxmayaraq ki, onlar müsəlmanlar ilə qarışıblar və yaxud onların arasında yaşayırlar, bu həqqiət Allah qarşısında onlara heç bir fayda gətirməyəcəkdir.
Sonra Allah Təala misallar çəkərək deyir: “Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər.” yəni iki Peyğəmbər və Rəsul; bu qadınlar onlar ilə birgə idilər və gecə-gündüz onların ətrafında idilər, onlar ilə birgə yeyir, onlar ilə yaxınlıq edir və ən yaxın surətdə qarşılıqlı əlaqədə olurdular. “Onlar ərlərinə xəyanət etdilər”, yəni iman məsələsində. Çünki, onlar ərlərinin imanına şərik olmadılar və yaxud onların Allah tərəfindən göndərilmiş Rəsullar olduğuna iman gətirmədilər. odur ki, bu həqiqət onlara qəti kömək olmadı və onlardan başlarına gələcək zərəri sovuşdurmadı. Ona görə də Allah Təala buyurur: “bunlar onları Allahdan heç cür xilas edə bilmədilər”, yəni küfr etdikləri səbəbindən. Onların hər ikisinə belə deyildi: Onlara: 'Girənlərlə birgə ikiniz də oda girin!.'
İbn Kəsirin Təfsiri, 4/394
Lakin ümid edilir ki, ər-arvaddan biri cənnətə daxil olarsa və məqamca digərindən və yaxud uşaqlarından üstün olarsa, Allah təala onları da ona qovuşdurar.
Uşağın atasının saleh olması uşaqlara faydası dəyə bilər. Belə ki, ata-anası cənnətə daxil olarsa cənnətdə uşaqların məqamı yüksəldilərək onlara qovuşa bilərlər. Allah Təala buyurur:
“Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq..” [ət-Tur 52:21]
Ən doğrusunu Allah bilir.
Muhəmməd Saleh əl-Münəccid
|