www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Müəyyən bir müsəlman ilə mənim xasiyyətim uyuşmursa buna görə günah yazılırmı?      



    Sual: Mənim bir müsəlman bacım var ondan xoşum gəlmir. Uzun müddətdir ki, bizim münasibətlərimiz yaxşı deyil və əslində mənim ondan xoşum gəlmir. Ona salam verirəm və onunla danışarkən çalışıram ki, nəzakətli davranım. Onunla uzun müddət bir yerdə olmaqdan və yaxud danışmaqdan uzaq dururam. Bu cür etmək günah sayılırmı?

    Cavab:

    Həmd Allaha məxsusdur.

    Müsəlman bir şəxsin üzərinə düşən vəzifə budur ki, müsəlman qardaş və bacısına qəlbində hər hansı nifrət və yaxud inciklik hissləri daşımasın. Allah Təala Özünün mömin qulları barədə belə buyurur:

    “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” [əl-Həşr 59:10]

    Ənəs bin Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə üz döndərməyin (arxa çevirməyin), ey Allahın qulları qardaş olun. Müsəlman bir şəxsin qardaşını üç gündən artıq tərk etməsi ona halal deyil.” Hədisi Buxari, 5718; Müslim, 2559 rəvayət edib.


    İbn Abd-əl Bərr demişdir: Peyğəmbərin “Bir-birinizə nifrət etməyin” kəlamı qadağa ifadə edir. Bundan məqsəd müsəlmanların bir-birini sevməsi üçün öz nəfislərini tərbiyə etməsinə onları təşviq etməkdir. Əl-İstizka`r, 8/289

    Lakin ola bilsin ki, bir insan birinə qarşı duyduğu sevginin onu özünə yaxın dost tutması üçün kifayət etmədiyini düşünsün, baxmayaraq ki, islami bir vəzifə olduğundan onun verdiyi salamları qaytarır, asqırarkən ona “yərhəmukullah” (Allah sənə rəhmət etsin) deyir, köməyə ehtiyacı olarsa ona kömək əlini uzadır və s. Onların arasında mövcud olan bu cür münasibət “müsəlman qardaşını tərk etmək babına” aid edilmir. Və buna görə inşallah Allah Təala onu əfv edir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ruhlar bir araya toplanan qoşunlardır və (bu dünyadakı fiziki cəsədlərə daxil olmamışdan öncə ruhların var olduğu aləmdə) bir-biri ilə (xasiyyətcə) tutuşanlar bu dünyada da bir-birinə yaxın olurlar və (bu dünyadakı fiziki cəsədlərə daxil olmamışdan öncə ruhların var olduğu aləmdə) bir-birilə (xasiyyətcə) uyuşmayanlar bu dünyada da bir-birinə uyuşmurlar.” Hədisi Buxari, 3158;Müslim, 2638 rəvayət edib.

    Əl-Xəttabi demişdir: Bu hədisdən ruhlar arasında oxşarlıq olduğu mənasını çıxarmaq olar. Yəni ruhlar ya yaxşı və yaxud pis, saleh və yaxud fasiq olurlar. Yaxşı insanları özləri kimi olan kəslər çəkir, cəzb edir və pis insanları da eynilə özləri kimi pislər çəkir. Deməli insanların ruhları öz təbiətinə, yaxşı və yaxud pis olmasına görə bir-birini tanıyırlar. Əgər onlar oxşayırlarsa bir-birilə yola gedirlər, tutuşurlar, yox əgər müxtəlifdirlərsə tutuşmurlar.

    Əl-Qurtubi demişdir: Ruh olduğu həqiqətindən dolayı bütün ruhların ümumi cəhətləri olsa da, onlar bir çox baxımdan fərqlənirlər. Oxşar təbiətli ruhlar təbiətləri səbəbindən bir-biri ilə uyuşurlar. Odur ki, görürük ki, müəyyən tip insanlar bir-birilə tutuşurlar, lakin onlar müxtəlif xarakterli insanlar ilə tutuşmurlar və eləcə də bənzər xarakterli insanları görürük, onlardan bəziləri digərləri ilə tutuşur, bəziləri isə tutuşmur. Və bu da yola getmək üçün bazisi formalaşdıran məsələlərdən asılı olaraq dəyişir.











    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Bir şeyi istədiyi zaman Allahın buyurduğu ona ancaq: «OL!» deməkdir. O da dərhal olar». (Yasin 82)

      Əbu Musa əl Əşari (r.a) Rəsulallah (s.ə.s)-in belə dediyini rəvayət edir: "Müsəlmana söymək fasiqlik və onunla savaşmaq küfürdür" (Buxari, Muslim)

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (440)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (439)

  • Analar Gününü qeyd etmək islama ziddir (439)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (439)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (438)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (439)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (438)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (440)

  • Bidət edənlərə sədəqə vermək olar? (442)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (439)


  • www.DiniFetvalar.com 2008