www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Dəniz heyvanları içərisində müsəlmana yeyilməsi qadağan olunanlar varmı?      



    Sual: Bu məsələdə elmsiz olduğumdan dolayı üzr istəyirəm. Mən islam dinini öyrənmək üçün bununla çox maraqlanıram. Mənim sualım yeməklər barədədir. Balıq və dəniz yeməklərindən hansılar icazəlidir? Köməyinizə görə təşəkkür edirəm.


    Cavab: Həmd Allaha məxsusdur.

    Allah Təalanın qullarına bəxş etdiyi nemətlərdən biri də budur ki, Uca Rəbbimiz dinimizi bizim üçün asanlaşdırmış və həddən artıq çətin və yaxud dözülməz etməmişdir. Allah Təala əvvəlki şəriətlərə görə qadağan olunan bir çox şeyi bizə icazəli etmişdir. Allah Təala buyurur: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” [əl-Bəqərə 2:185]

    Buna görədir ki, dənizdəki bütün qida növləri icazəlidir, istər bitki, istərsə heyvan olsun, istər diri və ölü olsun fərq etməz. Allah Təala buyurur: “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi.” [əl-Maidə 5:96]. İbn Abbas demişdir: “Seyduhu” (hərfi tərcümə “ov”) dənizdən diri olaraq götürülən “tə`amuhu” (hərfi tərcümə “qida, yemək”) dənizdən ölü olaraq götürülən şeylərə aiddir. Bir neçə şey-su heyvanlarından bəziləri-var ki, alimlər bunları icazə verilənlər siyahısından çıxarıblar. Bunlara aiddir:

    Timsahlar. Bu barədə doğru görüş və rəy budur ki, timsahları yemək icazəli deyil. Çünki, onların köpək dişi var və quruda yaşayırlar-baxmayaraq ki, əksər vaxt suda olurlar. Odur ki, məsələdə üstünlük qadağanın səbəbinə verilir. Timsah köpək dişləri olan quru heyvanıdır.

    Qurbağalar. Bunları yemək icazəli deyil. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qurbağaları öldürməyi qadağan etmişdir. Bu barədə Abd-ər Rəhman ibn Osmanın rəvayət etdiyi hədisdə bildirilir. Deyir ki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) qurbağaları öldürməyi qadağan etdi.” Hədisi İmam Əhməd və İbn Macə rəvayət etmişdir. Həmçinin bax. Səhih əl-Cami, 6970.

    Qayda belədir ki, bizə öldürülməsi qadağan olunan hər bir şeyi yemək eynilə qadağandır. Əgər yeməyə icazə verilirsə, deməli öldürmək də icazəlidir.

    Bəzi alimlər bu siyahıdan dəniz ilanlarını da istisna edirlər. Lakin doğru rəy budur ki, onlar dənizdən başqa heç bir yerdə yaşamadıqlarından onları yemək bizə icazəlidir. Bu da ayənin ümumi mənasına görədir. “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi.” [əl-Maidə 5:96]

    Susamuru və tısbağalar. Doğru rəy budur ki, daha sağlam mövqe tutmaq üçün bunlar müvafiq qaydada kəsildikdən sonra yemək icazəlidir. Çünki onlar həm quruda, həm də dənizdə yaşayırlar. Məsələyə dair qayda belədir ki, həm quruda, həm də dənizdə yaşayan heyvanlar misalında daha sağlam mövqe tutmaq üçün quruda yaşayan heyvanlara şamil edilən hökmlərə üstünlük verilir. Odur ki, onlar şəriətə müvafiq qaydada kəsilməlidir. Krabdan (yencək, qısaquyruq, onayaqlı dəniz xərçəngi) başqa. Çünki, həm quruda , həm də dənizdə yaşamalarına rəğmən onları kəsmək lazım deyil. Çünki onların qanı yoxdur.

    Zərər verən hər bir şey qida kimi qəbul edilmək baxımından qadağandır. Hətta bu qidaların mənbəyi dəniz olsa belə hökm dəyişmir. Çünki Allah Təala buyurur: “bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.”[ən-Nisa 4:29]

    “…öz əllərinizlə özünüzü təhlükəyə atmayın…” [əl-Bəqərə 2:195]

    Bax. “əl-Muğni”, 11/83; “Ha`şiyəh əl-Rəud”, 7/430; Təfsir ibn Kəsir, 3/197 və əl-Fəuzan “Əhk`am əl-Ət`iməh”

    Ən doğrusunu Allah bilir.



    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15)

      «Bəndə namaz qılarkən savabın (necə qımasından asılı olaraq) yalnız onda biri, doqquzda biri, səkkizdə biri, beşdə biri, dörddə biri, üçdə biri və yarısı qədər savab qazanar» (Səhih hədisdir. İbn Mübarək, «əz-Zühd,(10/21/1-2),Əbu Davud və ən-Nəsai «Səhih», 761-ci yaxşı hədis)

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (446)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (442)

  • Analar Gününü qeyd etmək islama ziddir (442)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (441)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (441)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (442)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (443)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (443)

  • Bidət edənlərə sədəqə vermək olar? (446)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (442)


  • www.DiniFetvalar.com 2008