Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək

Sual: Böyük ayaqyoluna getdikdən sonra təmizlənmək üçün istifadəsi qadağan olunan sümüklərin siyahısına dənizdəki balıqqulağı daxildirmi?
Cavab:
Həmd Allaha məxsusdur.
Biz bu sualı cavablandırmaq üçün Şeyx Muhəmməd ibn Üseyminə ünvanlayırıq:
Xeyr, daha doğrusu aşağıdakı hədisdən dolayı dənizdəki balıqqulaqlarından istifadə etmək olar. Hədisdə deyilir: “ (Heyvan kəsərkən) üstünə Allahın adı zikr olunan hər sümük sizindir (cinlərin).” Bu cür balıq qulaqları (heyvanda olduğu kimi) kəsilmir, odur ki, bunlar kəsilərkən üstünə Allahın adının zikr olunduğu bizə icazəli sayılan heyvanlar kimi deyil. Böyük ayaqyoluna getdikdən sonra təmizlənmək üçün bizə qadağan olunan sümüklərdən sayılmır. Çünki sümüklər Müsəlman cinlərin yeməyidir, necə ki, yuxarıdakı hədisdə qeyd olunur.
Ən doğrusunu Allah bilir.
Muhəmməd ibn Salih əl-Üseymin
|