www.DiniFetvalar.com
  Ana səhifə | Ən son fətvalar | Ən çox baxılan | Axtarış | Üzv ol | Çıxış

Axtarış


Alimlər

  • Şeyx Saleh Fəuzan ali Fouzan
  • Muhəmməd Nəsirəddin Əlbani
  • Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Əbduləziz ali Şeyx
  • Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti
  • Şeyxulislam ibn Teymiyyə
  • Muhəmməd ibn Salih əl-Üseymin
  • Rəbi ibn Hadi əl-Mədxəli
  • Muqbil ibn Hadi əl-Vədii
  • Mahmud Xəlil Harras
  • İbrahim ali Şeyx
  • Əbdürrəzzaq Əfifi
  • İbn Hümeyd
  • Muhəmməd Saleh əl-Münəccid
  • Abdullah ibn Əbdürrəhman ibn Cibrin
  • Übeyd əl-Cabir
  • Abdullah ibn Ğüdeyyan
  • Əhməd ibn Yəhya ən-Nəcmi
  • Əbdülmühsin ibn Həmmad əl-Abbad
  • İbn Həcər əl Əsqəlani
  • İbn Qüdamə əl Məqdisi
  • Cəmi fətva sayı
    1669 fətva

    Ən son fətva tarixi: 2010-06-03




    Fətvanın mətni

    Şagirdləri vurmağın hökmü haqda     


    Şagirdləri vurmağın hökmü haqda
    Mən müəllim işləyirəm və tələbələrim yaxşılığı üçün bəzən onları vururam. Bədənlərində heç bir iz qalmadan onlari vururam ki, dərslərində daha yaxşı çalışsınlar. Bu mənim orucuma pis təsir edə bilərmi? Onlari vurduğuma görə mən günah etmiş olurammı? Onu da qeyd edim ki, onları vurmasam onlar özlərini dərsdə pis aparırlar.

    Allaha həmd olsun.

    Şeyx Abd al- Aziz ibn Baazdan (Allahın ona rəhməti olsun) soruşmuşdular:
    Şagirdlərini vuran müəllimin hökmü nədir, əgər müəllim bunu tələbələrinin onlardan tələb olunan ev tapşırıqlarını yerinə yetirmələri və daha diqqətli olmaları üçün edirsə?

    O cavab verdi:
    Bunda heç bir pis shey yoxdur. Müəllimlər və valideynlər uşaqlara qarşı diqqətli olmalıdırlar və onların öz ohdəliklərini, nizam-intizam qaydalarını gözləmələri, düzgün davranış qaydalarını öyrənmələri üçün onları tərbiyələndirməlidirlər. Çünki təsdiq olunmuşdur ki, Peyğəmbər s.a.s. demişdir: “ Övladlarınıza deyin ki, 7 yaşlarına çatanda namaz qılsınlar və 10 yaşlarına qədər qılmazlarsa onları yüngülcə vurun və yataqlarını ayırın”. Oğlan uşaqları da, qız uşaqları da vurula bilər əgər hər ikisi 10 yaşlarına çatıbsa və namazlarından yayınırlarsa, və namazlarını nizamlı və davamlı şəkildə qılmırlarsa tərbiyələndirilmələdərlər. Eyni zamanda bu həm də digər öhdəliklərə aid edilir, məsələn təhsil və ya ev işləri və s. kimi işlərə. Cavan qız və oğlanları tərbiyə edən kəslər onlara təhsil və tərbiyə verməkdə diqqətli olmalıdırlar, lakin onları vurarkən bu yavaşca və zərərsiz olmaqla bərabər istənilən nəticəni də almaq üçün kifayət etməlidir.' - Majmu Fatava Şeyx ibn Baz

    Onu da qeyd etməliyik ki, müəllimlərin şagirdlərini bərk vurması və ya Allah yolundan yayındıqlarına görə 10 dəfədən artıq vurulmaları yol verilməzdir. Təhsil və ya diqqət məqsədilə o bundan artığını etməli deyil.

    Abu Burdah al-Ansaridən hədis olunur ki, o Peygəmbərin s.a.s.-ın belə dediyini eşidib: “Heç bir kəs Allah tərəfindən buyrulmuş cəzaları çıxmaq şərtilə 10 şallaqdan artıq almamalıdır.” Al-Buxari 6456, Muslim 3222.

    Buxaridən gətirilən hədisə görə (6457): “Allahın buyurduğu cəzaları çıxmaq şərtilə, 10 şallaqdan yaxşı cəza vasitəsi yoxdur.”

    İbn al-Qayyim (Allahin ona rehməti olsun) demişdir: Peyğəmbərin s.a.s. ” Allahin buyurduğu cəzaları çıxmaq şərtilə, 10 şallaqdan yaxşı cəza vasitəsi yoxdur” sözləri Allah qanunlarına qarşı cinayət etmək nəzərdə tutulur.

    Əgər soruşulursa ki yuxarıdakı hədis nəzərə alaraq 10 və ya daha az şallağın hökmü nədir?

    Cavab beledir: əgər kişi öz yoldaşını, qulunu, övladını və ya işçisini tərbiyyələndirməq məqsədilə vurursa bu 10 dəfədən artıq şallaq olmalı deyil. Bu hədisin ən düzgün açıqlamasıdır. Sitatın sonu. İlaam al-Muvaqqiin, 2/23

    Vurmaq tələbəni və ya şagirdi həvəsləndirməyin yeganə yolu deyil. Müəllim hər iki metoddan istifadə etməlidir- həm həvəsləndirməli, həm də hədə-qorxu gəlməlidir ki, istənilən nəticəni ala bilsin. O yaxşı çalışan şagirdi mükafatlandırmalı və onu davamiyyəti və çalışqanlığına görə hədiyyələrlə və yüksək qiymətlər verməklə həvəsləndirməlidir. Və eyni zamanda pis çalışan şagirdləri bəzən asdaca vurmaqla hədə-qorxu gəlməli, aşağı qiymətlər verməlidir və onları danlamalıdır, və ya onların valideynləri və ya qəyyumları ilə danışmalıdır və s.

    Müəllimin niyyəti hər zaman tələbənin yaxşılığına yönəlməlidir, yalniz onu cəzalandırmağa deyil.

    Allah ən yaxşısını bilir.



    Muhəmməd Saleh əl-Münəccid

    Yeni fetvalar
  • Şagirdləri vurmağın hökmü haqda  Muhəmməd Saleh əl-Münəccid
  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək  Muhəmməd ibn Salih əl-Üseymin
  • Qorunmaq üçün ayələrin asılmasının hökmü  Əbdüləziz ibn Abdullah ibn Bəzz
  • Quranın xətmi münasibəti ilə yığıncaq edilməsi doğrudurmu?  Muhəmməd Saleh əl-Münəccid
  • Analar Gününü qeyd etmək islama ziddir   Muhəmməd ibn Salih əl-Üseymin
  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin   Muhəmməd Saleh əl-Münəccid
  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?   Muhəmməd ibn Salih əl-Üseymin
  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa   Muhəmməd ibn Salih əl-Üseymin
  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək   Muhəmməd ibn Salih əl-Üseymin
  • Bir ayə və bir hədis
  •   «Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir». (əz-Zumər 33)

      Muslim, Ənəs bin Malik (r.a)-nun belə dediyini rəvayət edir: "Peyğəmbər (s.ə.s), Ubeyy (r.a)-a belə buyurdu: "Həqiqətən Allah, sənə oxumamı mənə əmr etdi" Ubeyy dedi ki : "Allahmı sənə mənim adımı verdi?" Rəsulallah (s.ə.s) "Allah mənə sənin adını verdi" deyincə, Ubeyy (r.a) ağlamağa başladı

  • Ən çox baxılan fətvalar
  • Şagirdləri vurmağın hökmü haqda (428)

  • Tərkibində alkoqol olan ətirləri istifadə etmək (431)

  • Analar Gününü qeyd etmək islama ziddir (427)

  • Tövbə edən şəxs tövbəsinin qəbul olunduğundan əmin ola bilərmi? (429)

  • Ailəmiz və qohumlarımızın əhatəsində özümü qərib hiss edirəm, mənə nəsihət edin (428)

  • Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi? (431)

  • Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa (426)

  • Böyük ayaqyoluna getdikdən sonra dəniz balıqqulağından təmizlənmək üçün istifadə etmək (431)

  • Bidət edənlərə sədəqə vermək olar? (428)

  • Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz? (429)


  • www.DiniFetvalar.com 2008